Zahid Oruc: Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədir

Zahid Oruc: Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədirQlobal dəyişikliklər və yeni dünya təhlükəsizliyi arxitekturasının axtarıldığı bir dövrdə Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədir.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin və Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc "Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumun 5 ili - Birgə fəaliyyətə baxış, gələcək hədəflər" adlı dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə sarsılmaz birliyi mürəkkəb formasiya və quruluşlardan keçərək son 5 ildə yeni zirvələrə yüksəlib:
"150 yaşlı milli mətbuatımızın yaranması, təşəkkülü və dünya arenasına çıxması da qardaş ölkə ilə harmoniyada baş verib. Türkiyə və Azərbaycanın tanınmış mütəfəkkirləri hər zaman bir-birindən bəhrələniblər, qarşılıqlı güc alıblar. İctimai fikirdə ümumtürk idealları intibah və quruculuğa xidmət edib. Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Ziya Göyalp kimi ziyalılar türk dünyasının ortaq fikir babalarıdır, çünki qaynaqları və kökləri birdir".
Z.Oruc vurğulayıb ki, iki dövlətin "bir millət-bir media" idealı ilə çalışdığı qızıl dövr Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə aparılan 44 günlük savaşdır.
"Müharibənin ilk günündən dövlət başçılarının birliyi silahlı savaşın ağırlığını çiyinlərində daşıyan qələm ordumuza ruh verdi, mənəvi-siyasi qardaşlığın simvoluna çevrildi", - o qeyd edib.
Deputat əlavə edib ki, müharibə zamanı milli media ordunun uğurunu tamamladı:
"Dezinformasiyaya qarşı birgə mübarizə Türkiyə ilə Azərbaycana qarşı informasiya savaşını aparan qüvvələrin eyni olmasından irəli gəlir. Bəli, bizim informasiya düşmənlərimiz də eynidir. Onlara yalnız birlikdə qalib gəlmək mümkündür. Azərbaycan və Türkiyə mediası son 5 ildə minlərlə ortaq layihələrə müəlliflik ediblər, ekspert, alim və ziyalıların diliylə vahid ictimai fikir formalaşdırıblar. Əlbəttə, Azərbaycan və Türkiyə arasındakı mənəvi-siyasi bağların qırılmasına cəhdlər də media məkanında baş verib. Lakin Şuşa Bəyannaməsi media üçün də konstitusion sənəddir".
Z.Oruc bildirib ki, Azərbaycanın Qarabağda Qələbəsi qlobal geosiyasi nəticələrinə görə Türk dövlətlərinin beynəlxalq siyasi çəkisini artırdı, təkcə Qafqazlarda deyil, eləcə də Yaxın Şərqdə Türkiyənin mövqelərini möhkəmləndirdi:
"Göründüyü kimi, "bir millət-bir media" formulu daha böyük coğrafiyalarda hələ çox mühüm missiyalarda olacaq".
///report

Siyasi       Tarix: 20 fevral 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər xeberler metbuat son xeberler 2026