Zelenskinin çantasında nələr var? - ŞƏRH

Zelenskinin çantasında nələr var? - ŞƏRH"Ukrayna Prezidenti Volodimir Zelenskinin Amerika Birləşmiş Ştatlarına səfərinin və burada keçirdiyi görüşlərinin bir neçə hədəfi var".
KONKRET.azxəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu yazıb:
Zelenskinin çantasında nələr var? - ŞƏRHBirincisi, Zelenski Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında çıxışıyla beynəlxalq aləmə Kiyevin müharibənin dayandırılmasının yollarını izah edəcək. Zelenski bəyan etdiyi "Sülh planı"nın detallarını açıqlamasa da, söhbətin Rusiyanın işğalına son qoyulmasından gedir. Bu isə müharibənin davamı deməkdir. Zelenskinin ABŞ-a səfəri davam edərkən, Rusiya ordusu Ukraynanın şərqində işğalı genişləndirməyə çalışır. Buna baxmayaraq, Ukrayna Prezidenti optimistdir. Misal üçün Volodimir Zelenski ABC televiziya kanalına müsahibəsində "müharibənin sonu çoxlarının düşündüyündən daha yaxındır" ifadəsini işlədib. Yəni Zelenski ölkəsinin ərazi bütövlüyünü təmin edəcəyinə əminlik ifadə edib. Ancaq bunun üçün Qərb ölkələri Ukraynaya maliyyə və hərbi yardımı davam etdirməlidirlər.
İkincisi, Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenlə görüşdə Ağ Ev sahibini inandırmağa çalışacaq ki, Vaşinqton Ukrayna ordusunun Amerika raketləri ilə Rusiyanın içərilərinə doğru zərbə endirməsinə icazə versin. Prinsip etibarilə Bayden administrasiyası müsbət qərar verməyə yaxındır. Avropa ölkələrindən Böyük Britaniya və Niderland Ukraynaya təqdim etdikləri silahlardan Rusiyanın içərilərinə doğru zərbələr endirməsinə icazə veriblər.
Zelenskinin ABŞ səfəri zamanı üçüncü missiyası da var. O prezidentliyə namizədlər – Kamala Haris və Donald Trampla görüşəcək. Zelenskinin bu görüşlərdə əsas məqsədi bu iki namizəddən hər hansı birinin qələbə çalacağı halda Ağ Evin yeni sahibinin Ukraynaya hərbi yardımı dayandırmamasıdır. Kamala Harrsilə bağlı ciddi problem olmamalıdır. O Baydenin xarici və təhlükəsizlik siyasətini davam etdirəcək. Əsas təhlükə Donald Trampla bağlıdır.
O Ağ Evə sahib olacağı təqdirdə Ukraynaya maliyyə və hərbi dəstəyin dayandırlacağını vəd edib. Zelenski Trampı bu yanlış addımdan çəkindirməyə çalışacaq. Əlbəttə, Tramp Zelenskini dinləyəcək, ancaq onun mövqeyini dəyişəcəyini söyləmək çətindir. Bir müddət əvvəlki açıqlamasında Zelenskini "dilənçi" adlandıran Tramp ölkəsinin Avropadakı müharibəyə pul xərcləməyin əleyhinədir.
Volodimir Zelenski ABŞ-da ikən başqa ikitərəfli görüşlər də keçirib. Zelenski Hindistanın baş naziri Narendra Modi ilə bir ay ərzində ikinci dəfə görüşüb. Modi də Zelenski kimi BMT Baş Assambleyasının sessiyasında iştirak edir. Modi Zelenski ilə görüşdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsi prinsiplərinin qorunmasında gələcək əməkdaşlığa hazır olduğunu bir daha bəyan edib.
Zelenski və Modi bununla bağlı daha sıx ikitərəfli dialoqun aparılmasının məqsədəuyğunluğu barədə razılığa gəliblər. Modi Hindistanın sülhün tez bir zamanda qaytarılmasına kömək etmək üçün bütün mümkün yollarla töhfə verməyə hazır olduğunu bir daha bəyan edib. Ukrayna ilə bağlı ikinci Sülh sammtinin Hindistanda keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Zelenski İkinci sammitə Rusiyanın dəvət edilməsini mümkünlüyünü vurğulasa da, Kreml bu sammitdə iştirak etməyəcəyini bəri başdan bəyan edib.
Natiq SƏLİM,
KONKRET.az

Siyasi       Tarix: 26 sentyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbərlər krimnal bugun oxu.az xeberler son xeberler bugun 2026 azerbaycan