ABŞ müharibənin davam etməsində maraqlıdır - Böyük Britaniya həlledici dövlət olacaq
"Rusiya – Ukrayna müharibəsi yaz aylarında danışıqlar prosesinə keçə bilər. ABŞ prezidenti Donald Tramp müharibənin dayandırılması istiqamətində ciddi addımlar atmayacaq. Rusiya mart ayına kimi yeni ərazilər ələ keçirmək üçün hücum əməliyyatlarını intensivləşdirəcək".
KONKRET.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Avropa ölkələrinin gələn ildən Ukraynaya döyüşçülər göndərməsi istiqamətində konsensusa gəlməsi gözlənilir:
"Müharibə Rusiyanın üstünlüyü ilə davam edəcəksə, Avropa ölkələrinin təhlükəsizliyi təhdid altında olacaq. Avropa ölkələri Trampın Ukrayna siyasətindən narahatdır. Əgər Vaşinqton Ukraynaya lazımi hərbi dəstək göstərməsə, Avropa İttifaqı ilə ABŞ münasibətləri zəifləyəcək. Ukrayna müharibəsində həlledici dövlət Böyük Britaniyadır. Avropa ölkələrinin Ukrayna müharibəsi ətrafında vahid şəkildə birləşməsinə London mühüm addımlar atması gözlənilir. Bu da Rusiya üçün ciddi nəticələri olacaq. ABŞ-nin formalaşdırdığı "Ramştaym" formatı özünü doğrultmadı. 50-dən çox ölkəni birləşdirən Ramştaym formatı Vaşinqtonun layihəsi idi. ABŞ Ukraynada müharibənin davam etməsində maraqlıdır. Ona görə də ABŞ müharibənin dondurulması istiqamətində addımlar atması istisna deyil. Böyük Britaniya Ukrayna müharibəsində yeni rol alacaqsa, Rusiyanın məğlubiyyəti qaçılmaz ola bilər".
Məlik,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri