ABŞ və Ermənistan nə etmək istəyir? - "Ukraynada bacarmadıq, Qafqazda bacaraq
Prezident İlham Əliyevin yanvar 7-də yerli televiziya kanallarına müsahibəsi zamanı diqqətçəkən zəruri məqamlardan biri də ölkəmizin qlobal mənada tam üstünlük əldə etməsi və regionun lider dövləti kimi, beynəlxalq münasibətlər sisteminə verdiyi töhfələr və situasiya ilə bağlı idi.
Prezident bundan öncəki müsahibə və çıxışlarında olduğu kimi, yenidən rəsmi İrəvana xəbərdarlıq və çağırışlar edərək, onları Cənubi Qafqaz regionunda sülhün əldə edilməsinə real töhfələr verməyə dəvət etdi.
Dünya miqyasında cərəyan edən hadisələr bir daha təsdiq edir ki, ardıcıl, praqmat, rasional və məntiqli yanaşmaları ilə dünya birliyinin diqqəti və rəğbətini özünə çəkməyi bacaran Azərbaycan Prezidenti bu dəfə də yanılmayıb.
Görünən odur ki, Paşinyan rejiminin hamisi rolunda çıxış edən Bayden adminstrasiyası biabırçı şəkildə hakimiyyəti təhvil verməyə çalışır. Trampa məğlub olacağını anlayan, qoca və sərsəm CO-ya "baybay" deyən və bütün ümidlərini qara Harrisə bağlayaraq, nəhayətində yanvarın 20-də əbədiyyətə qovuşacaq "ən oyunbaz demokratlar" aqoniya vəziyyətində də Azərbaycana təzyiqləri dayandırmağı düşünmürlər. Əgər belə olmasaydı, son günlərində Ermənistanla strateji tərəfdaşlığa dair sənəd imzalamazdılar.
O da məlumdur ki, Tramp adminstrasiya bəşəriyyət əleyhinə qırğınlara imza atmış sələfi və xələfi olan Baydenin yürütdüyü uğursuz xarici siyasətdən qəti imtina edəcək. "Ukraynanı bacarmadıq, Qafqazda bacaraq" yanaşmasından çıxış edən "yeddigünlük" adminstrasiyanın bununla gələcəyə iz buraxmaq niyyəti də göz qabağındadır. Hansı ki, müqavilədə Ermənistan sərhədinə daha artıq qüvvənin cəlbini nəzərdə tuturlar. Hətta əvvəlki ssenarinin daha da genişləndirilməsi,"missiyanın" təkcə mülki deyil də, hərbi dəstək imkanları da müqavilədə əksini tapır.
Hadisələrin gedişatı və xronoloji ardıcıllıq əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın milli mənafe və maraqlara söykənmış daxili-xarici siyasət kursu ölkəmizin inkişafınının əsas qarantıdır və Paşinyan rejimi ən yaxın tarixi hadisələrdən dərs almayaraq, yenidən özünü fəlakətlərə sürükləyir.
Azər Niftiyev,
Siyasi şərhçi / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi