ABŞ Zəngəzur dəhlizi məsələsində Ankara və Bakıya dəstək verəcək
Türkiyə və Azərbaycan Ermənistanı pantürk layihəsinin həyata keçirilməsinə əsas maneə kimi görürlər.
KONKRET.az xəbər verir ki, bunu "Hayastan" Ümumerməni Fondunun keçmiş direktoru Ara Vardanyan deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan Zəngəzurdan keçən bir dəhlizlə məhdudlaşmayacaq.
Vardanyan diqqəti ona yönəldib ki, nə Ankara, nə də Bakı, onların fikrincə, Ermənistanın mövcud olmalı olduğu sərhədləri heç vaxt bəyan etməyib.
"Onlar ermənilərin məskunlaşdıqları ərazi kimi yalnız İrəvan şəhərinin adını şəkirlər", deyə o bildirib.
Vardanyan qeyd edib ki, de-fakto Ermənistan müharibə vəziyyətindədir, lakin buna baxmayaraq, ölkə hakimiyyəti faktiki olaraq KTMT ilə münasibətləri kəsdiyini açıq şəkildə bəyan edir:
"Bu da indiki şəraitdə nəinki qəbuledilməzdir, həm də təhlükəlidir. Düşmənlərimiz günü-gündən güclənir. Üstəlik, Türkiyə yeni ərazilər zəbt edir, ən son nümunə Suriyadır".
Vardanyan əmindir ki, ABŞ Zəngəzurdan keçən dəhlizin təhlükəsizliyini təmin etmək üçün Ermənistana hərbi müdaxilə məsələsində Türkiyə və Azərbaycanı dəstəkləyəcək.
"Zəngəzur dəhlizinin açılmasının bir neçə ssenarisi nəzərdən keçirilir. Onlardan birinə görə, İran hərbi əməliyyatlara cəlb edilməlidir. Türkiyə və ya Azərbaycana cavab zərbəsi zamanı isə Qərbin bundan bəhanə kimi istifadə edəcək və İran ərazisinə misli görünməmiş raket hücumu həyata keçirəcək. ABŞ və İsrail bu eskalasiyaya hazırdır, başqa bir sual: Türkiyə və Azərbaycan bu yükü daşımağa hazırdırmı? Düşünürəm ki, hazırdır", – deyə o bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi