AccessBank VİSA ilə növbəti kobrend filialını Xankəndidə açıb - FOTO
AccessBank Azərbaycanın regionlarında fəaliyyət dairəsini genişləndirməyə davam edir. Bank və rəqəmsal ödənişlər üzrə qlobal lider Visa ilə birgə Xankəndi şəhərində növbəti kobrend filialının açılışını elan edir. Bu açılış, AccessBank-ın 2025-ci il üçün nəzərdə tutulmuş Regionlarda İnkişaf Planının tam icra olunması və ölkə üzrə xidmət şəbəkəsinin daha da genişlənməsi baxımından mühüm mərhələ oldu.
Yeni filialın fəaliyyətə başlaması ilə AccessBank-ın filiallarının ümumi sayı 38-ə çatdı və bankın xidmət coğrafiyası 24 bölgəni əhatə etdi. Qarabağın ölkə iqtisadiyyatına inteqrasiya olunduğu bu mərhələdə bankın əsas məqsədi - regionda kiçik və orta sahibkarlığın inkişafına dəstək, yeni iş yerlərinin yaradılmasına töhfə və maliyyə xidmətlərinin daha əlçatan olmasıdır.
Açılış mərasimində AccessBank-ın İdarə heyətinin sədri Davit Tsiklauri və rəhbər heyəti ilə yanaşı, Visa-nın Azərbaycanda baş direktoru və regional meneceri Nurlan Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və digərləri iştirak etdilər.
Yeni kobrend filialının əsas üstünlüklərindən biri də Visa ilə tərəfdaşlığın yaratdığı üstünlük və imkanlardır. Buraya müasir ödəniş texnologiyaları, sürətli tranzaksiyalar və təhlükəsiz ödəniş infrastrukturunun tətbiqi daxildir. Bu, Qarabağda həm bizneslərin, həm də fərdi müştərilərin rəqəmsal ödəniş imkanlarından daha geniş istifadə etməsinə şərait yaradacaq.
Bundan əlavə, filial ərazisində yaradılan pulsuz internet guşəsi bölgədəki vətəndaşların rəqəmsal xidmətlərə çıxışını asanlaşdırmaq məqsədi daşıyır. Bu imkan həm bank müştərlərinin, həm də yaxınlıqda yaşayan sakinlərin internetə ehtiyac duyduqları zaman fasiləsiz istifadə imkanı yaradır.
AccessBank gələcəkdə də Qarabağ bölgəsində xidmət şəbəkəsini genişləndirməyi, yeni layihələr həyata keçirməyi və iqtisadi dirçəliş prosesinə aktiv dəstək olmağı planlaşdırır.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-i bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

/ azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar