ADB prezidenti: "Su ehtiyatlarını və kənd təsərrüfatını qorumaq üçün 3,5 milyard ABŞ dolları ayrılacaq"
Asiya İnkişaf Bankı (ADB) su ehtiyatlarını və kənd təsərrüfatını qorumaq məqsədilə növbəti yeddi il ərzində 3,5 milyard ABŞ dolları məbləğində maliyyə vəsaiti ayıracaq.
KONKRET.az xəbər verir ki, bunu ADB-nin prezidenti Masatsuqu Asakava COP29 çərçivəsində keçirilən "Mərkəzi və Qərbi Asiyada Buzlaqların Əriməsinin Qarşısının Alınması üçün İqlim Dəyişikliyi və Regional Əməkdaşlıq" mövzusunda nazirlər görüşündə bildirib.
M.Asakava qeyd edib ki, Mərkəzi və Qərbi Asiyada milyonlarla insan buzlaqların əriməsinin mənfi təsirlərini hiss edir: "Həyati əhəmiyyət daşıyan çayları qidalandıran buzlaqlar həyəcanverici sürətlə əriməkdədir. Son 30 ildə Asiyanın yüksək dağlıq bölgələrində buzlaq kütləsinin 25 %-i itirilib. Hətta temperaturun 1,5 °C artması belə, dünyadakı buzlaqların yarısının yox olmasına səbəb ola bilər. Lakin bu gün G2F (buzlaqlardan əkinçiliyə) proqramının başlanması ilə böyük bir addım atırıq. Bu proqram çərçivəsində buzlaqların qorunması, davamlı su idarəetməsi və həssas icmalara sosial müdafiə dəstəyi genişləndiriləcək".
Kurslar.az kurslar [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri