ALDANMAYIN!: Təbii kərə yağını belə seçmək olar - Sarı-ağ çalarlar birlikdə hiss olunursa

ALDANMAYIN!: Təbii kərə yağını belə seçmək olar - Sarı-ağ çalarlar birlikdə hiss olunursaSon vaxtlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı bir sıra kərə yağlarında uyğunsuzluqlar aşkarlanıb. Məhsulların üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə olunduğu göstərilsə də, faktiki tərkibində bitki sterinin aşkar edilməsi istehlakçıların aldadılması və hüquqlarının pozulması deməkdir.
Bəs təbii kərə yağlarını necə ayırd edə bilərik?
"Təmiz kərə yağını laboratoriya şəraitində seçmək olar. Başqa üsulla mümkün deyil."
Bu fikirləri qida məsələləri üzrə mütəxəssis Ağa Salamov KONKRET.az-a açıqlamasında bildirib. O, deyir ki, kərə yağını ayırd etmək üçün bəzi ipucları var.
ALDANMAYIN!: Təbii kərə yağını belə seçmək olar - Sarı-ağ çalarlar birlikdə hiss olunursa"Yağ otaq temperaturunda əriyirsə, soyuducudan çıxarıb kəsəndə parça-parça olmursa, ağızda xüsusi kərə yağı, yəni süd dadını hiss ediriksə, təbii bu, təmiz kərə yağıdır. Əsl kərə yağı ağızda xüsusi dadını buraxmalıdır. İnsan fiziki olaraq o ləzzəti, dadı hiss etməlidir."
Mütəxəssis qeyd edir ki, kərə yağının rəngində də dəyişiklik olur.
"Yaz və yay aylarında yağın rəngi sarımtıl olur. Bu da südün yağlılıq dərəcəsindən asılıdır. Təbii otlarla qidalanan heyvanların südünün rəngi sarımtıl olur. Yağ turşuları orda yüksəkdir. Bu da kərə yağının rənginə təsirini göstərir. Qış aylarında kərə yağının rəngi ağımtıl olur. Tam sarıya çalmır. Sarı və ağ çalarlar birlikdə hiss olunursa, ağızda kərə yağına xas olmayan dad varsa və otaq temperaturunda bərk halda qalıb, ərimirsə, deməli bu, təbii kərə yağı deyil.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 14 mart 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


son xeberler azerbaycan xeberleri yeni xeberler maraqlı xəbərlər hava durumu xeberler bu gun dunya xeberleri