Azərbaycan 2023-cü ildə Türkmənistan qazının əsas tədarükçülərindən biri olub

Azərbaycan 2023-cü ildə Türkmənistan qazının əsas tədarükçülərindən biri olubMərkəzi Asiyada ən çox təbii qaz satan Türkmənistan 2023-cü ildə hasilatını 6,9 %, ixracını isə 12,6 % artırıb.
azxeber.com "Report"a istinadən xəbər verir ki, 2023-cü ildə ölkə qazını əsasən Çinə, o cümlədən Rusiya, Azərbaycan və Özbəkistana satıb və ümumilikdə 80,6 milyard kubmetr qaz hasil edib.
Bu rəqəmlər Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun supernəhəng "Qalkınış" neft-qaz yatağının sənaye işlənməsinin əhəmiyyətindən və Xəzər dənizinin milli sektorunun kəşfiyyatı və işlənməsində xarici şirkətlərin iştirakından danışdığı hökumətin iclasında açıqlanıb.
Dövlət başçısı həmçinin Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisini də diqqət mərkəzində saxlamağı tapşırıb.
Məlumdur ki, 2024-cü ilə qədər Türkmənistan qazının Azərbaycana tədarükü İran vasitəsilə svop yolu ilə həyata keçirilirdi. 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə uyğun olaraq, ildə 1,5-2 milyard kubmetrədək Türkmənistan qazının tədarükü, sonra isə bu həcmlərin 3-4 milyard kubmetrə qədər artırılması nəzərdə tutulurdu.
Bununla belə, Türkmənistandan Azərbaycana İran vasitəsilə qazın svop tədarükü müvəqqəti olaraq dayandırılıb və Bakı ilə Axşabad arasında yeni razılaşma əldə edildikdən sonra bərpa oluna bilər.
Tədarüklər 2022-ci ilin yanvarında gündəlik 5-6 milyon kubmetr həcm ilə başlayıb. Elə həmin ilin martına qədər vurulan qazın sutkalıq həcmi 7 milyon kubmetrə yüksəlib.
Hazırda Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə nəqli imkanları da müzakirə olunur.
Qeyd edək ki, Azərbaycanda 2024-cü il yanvarın 1-dən svop sazişi üzrə xam neft və təbii qaz idxalı üç il müddətinə ƏDV-dən azad edilib.

İqtisadiyyat       Tarix: 11 fevral 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftimizin qiyməti 120 dollara çatır

Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, "Azeri Light" (CIF) markalı neftin 1 barelə olan qiyməti 6,22 dollar və ya 5,5% artaraq 119,54 ABŞ dolları olub. Qeyd edək ki, ötən gün neftimiz 113,3

Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir

AzərbaycanHava Yolları 2026-cı il sentyabrın 15-dən etibarən Səudiyyə Ərəbistanının Ciddəşəhərinə müntəzəm uçuşları bərpa edir. xəbər verir ki, Bakı-Ciddə-Bakı marşrutu üzrə reyslər həftədə dörd dəfə - çərşənbəaxşamı, çərşənbə

Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?

Kreditgötürərkən adətən məbləğə, faiz dərəcəsinə və aylıq ödənişə diqqət edirik. Amma kredit müddəti ərzində gözlənilməz hadisələr də baş verə bilər.İnsan xəstələnə, əmək qabiliyyətini, işini itirə və ya daha ağır həyat hadisəsiil

Gələcəkdə dəyərlənəcək investisiyanı hara edək? – ƏSAS MƏQAMLAR

Daşınmaz əmlak uzun illərdir kapitalını qorumaq vədəyərləndirmək istəyənlərin diqqətində olan investisiya istiqamətlərindənbiridir. 2026-cı ildə də Azərbaycanda daşınmaz əmlak bazarında artımtendensiyası davam edir və mütəxəssislə

100 manatlıq əsginaslar illər ərzində necə dəyişib?- FOTOLAR

15 iyul 2026-ci ildən Azərbaycanda yenilənmiş 100 manatlar istifadəyə verilib. yeni əsginaslar ən son mühafizə elementləri ilə təchiz olunub. Yenilənmiş 100 manatın üzərində rəngi dəyişən üçölçülü holoqram, dinamik işıq effekt

"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

"AzerGold" QSC Naxçıvan Muxtar Respublikasının mineral-xammal potensialının öyrənilməsi və perspektivli faydalı qazıntı yataqlarının müəyyənləşdirilməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin International Resource

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR

Azercell-in texnoloji həlləri ABŞ-də keçirilən "Silicon Valley International Invention Festival" (SVIIF 2026) və Çinin Quançjou şəhərində baş tutan "International Exhibition of Inventions" (IEI 2026) sərgilərind

Nərimanovda mənzil axtaranların diqqətini çəkən layihə: Hansı seçimlər təklif olunur?

Mənzil alanda hamı istəyir ki, həm rahat yaşasın, həm dəseçimi illər keçdikcə dəyər qazansın. Bunun üçün isə ən vacib məsələlərdən biridüzgün lokasiya seçməkdir. Bu baxımdan Nərimanovda yerləşən "City Garden Narimanov"hə

Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib

Yeddi nəfərə qarşı 80 min manatdan çox dələduzluq edən şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qabil Seyidov müxtəlif şəxsləri ayrı-ayrı məsələləri həll edəcəyinə inandıraraq onların pullarını ələ keçirməkdə ittiham olunub


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az son xeberler 2026 valyuta mezennesi 2026 xankendi