Azərbaycan Ermənistandan təzminat tələb edir

Azərbaycan Ermənistandan təzminat tələb edirBu gün, 2024-cü il aprelin 12-də Haaqa Sülh Sarayında "Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası"na əsasən, dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyindən KONKRET.az-a məlumat verilib.
Bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində 30 illik qeyri-qanuni işğalı zamanı törədilən ətraf mühitin geniş şəkildə dağıdılmasına dair mövcud olan külli miqdarda dəlillər əsasında 18 yanvar 2023-cü il tarixində Azərbaycan tərəfindən sözügedən ilk arbitraj prosesi başladılıb.
"2020-ci ildə Azərbaycan öz ərazilərinin azad olunmasından sonra Ermənistanın ətraf mühiti məhv etməsi və onu qorumaması ilə bağlı dəhşətli dəlilləri üzə çıxarıb. Ermənistanın bu addımları ərazilərimizin təbii yaşayış mühiti və növlərinə ciddi ziyan vurub, təbii ehtiyatların tükənməsinə səbəb olub, habelə mövcud biomüxtəlifliyi məhv edib. Ermənistan tərəfindən meşə ərazilərində, o cümlədən 1991-ci ildə bu ölkənin qeyri-qanuni işğalına qədər qorunan təbiət qoruqlarında ekoloji cəhətdən məsuliyyətsiz və qeyri-qanuni tikinti və mədən fəaliyyəti ilə geniş şəkildə meşələrin qırılması, davamlı surətdə ağacların kəsilməsi və çirklənməsi ilə bağlı fəaliyyət Azərbaycanda 500-dən çox canlı təbiət növünü risk altında qoyub", – deyə məlumatda qeyd edilib.
Diqqətə çatdırılıb ki, bu günədək Ermənistan öz ərazisindən Azərbaycan ərazisinə axan transsərhəd çayları çirkləndirməklə Azərbaycan ərazisində biomüxtəlifliyə və canlı təbiətə zərər vurmağı davam edir:
"Azərbaycanın Ermənistana qarşı hüquqi fəaliyyəti bütün növ vəhşi flora və faunanın populyasiyalarını saxlamaqla bağlı qanuni öhdəliklər kimi sahələrdə vəhşi flora və faunanın mühafizəsi, bərpası və yaşayış mühitinin yaxşılaşdırılmasını təmin etmək, habelə konvensiyada sadalanan, o cümlədən köç edən növlərin qorunması üçün tədbirlər görmək kimi konkret iddiaları özündə ehtiva edir. Arbitraj çərçivəsində Azərbaycan tribunaldan Ermənistandan Bern Konvensiyasının bütün davam edən pozuntularına son qoyulmasını və ətraf mühitin dağıdılmasına görə təzminatın tam ödənilməsini tələb etməyi sorğu edib. Sözügedən arbitraj ətraf mühitlə bağlı məhkəmə çəkişmələrinin aparılmasında əlamətdar addım kimi mühüm presedent yaratmaqla yanaşı, biomüxtəlifliklə bağlı dövlətlərin üzərinə qoyulan beynəlxalq hüquqi öhdəliklərin həqiqətən effektivliyini təmin edəcək. Bu öz növbəsində, ədaləti təmin etmək üçün ciddi səydir".

Siyasi       Tarix: 12 aprel 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam az xeberler futbol xeberleri xeber saytlari xeberler az