Azərbaycan ilk dəfə bu ölkədən qızıl almağa başladı

Azərbaycan ilk dəfə bu ölkədən qızıl almağa başladıBu ilin yanvar-may aylarında Azərbaycan 23 ölkədən 2 milyard 940,2 milyon ABŞ dolları dəyərində 30 min 875 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.
KONKRET.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 dəfə, kəmiyyət olaraq – 4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 439,3 milyon ABŞ dolları dəyərində 4 min 753 kiloqram (1 il əvvəl tədarük olmayıb), Avstraliyadan 354,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20% az) 3 min 995 kiloqram (-33%), Amerika Birləşmiş Ştatlarından 340,3 milyon ABŞ dolları dəyərində 3 min 345 kiloqram (1 il əvvəl tədarük olmayıb), Qazaxıstandan 262,2 milyon ABŞ dolları dəyərində 2 min 557 kiloqram (1 il əvvəl tədarük olmayıb), Böyük Britaniyadan 256,7 milyon ABŞ dolları dəyərində 2 min 771 kiloqram (1 il əvvəl tədarük olmayıb) qızıl alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveçdən qızıl tədarükü (4,1 milyon ABŞ dolları dəyərində 38,2 kiloqram) həyata keçirilib.
2020-2023-cü illərdə Azərbaycana toplam olaraq xaricdən 98,3 milyon ABŞ dolları dəyərində 1 724 kiloqram eyni adda qızıl gətirildiyi halda, 2024-cü ildə 3,313 milyard ABŞ dolları dəyərində 41 min 78 kiloqram həmin məhsuldan idxal olunub.
Bu ilin ilk 5 ayında Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 121,3 milyon ABŞ dolları dəyərində 1 751 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 2,7 dəfə və 46% çoxdur.

Sosial       Tarix: 15 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Dollar sabit qaldı, avro ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 24-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, AMB-nin yaydığı məlumata əsasən, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində saxlanılıb. Eyn

Kimlərə övladlığa uşaq verilmir? - Açıqlama

Sosial Xidmətlər Agentliyinin məlumatına əsasən, Azərbaycanda cari ilin ilk 6 ayında 77 uşaq övladlığa verilib. Bildirilib ki, onlardan 39-u qız, 38-i oğlandır. Qeyd edilib ki, övladlığa verilənlər arasında 3 yaşınadək uşaqla

Belə evləri alanlar uduzur - Açıqlama

Son illərdə daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri alıcıların diqqət mərkəzindədir. Bir çox vətəndaş mənzil alarkən yalnız hazırkı qiymətə deyil, onun gələcəkdə dəyərinin artıb-artmayacağına da önəm verir. . Mənzili

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən motosiklet sürücüsü Nihad Allahverənovun fotosu yayılıb. Hadisə ötən gün baş verib. Qəza "Opel" markalı minik avtomobili il

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət məktəbəqədər təhsil layihələrinə dəstək verəcək. Özəl bağçalar layihə təqdim edərək müsabiqədə iştirak edə, qalib gəldikləri halda dövlət maliyyələşməsindən yararlana biləcəklər. "Trend"ə istinadla xəbə

Günəş altında bu saatlarda ehtiyatlı olun: Dəri xərçəngi riskini artıra bilər

Yay aylarında tez-tez rast gəlinən günəş yanıqları təkcə müvəqqəti qızartıya səbəb olmur. Mütəxəssislərin sözlərinə görə, uzun müddət qorunmadan günəş altında qalmaq dəri hüceyrələrinin DNT-sində zədələnmələr yarada, erkə

Tahir Əmiraslanovdan yeni trendə sərt reaksiya: "Milli mətbəxin axırına çıxırlar

Sosial şəbəkələrdə menyularda "xoruz dəyməyən toyuq", "dəcəl quzu" və "cavan quzu" kimi qeyri-adi adlarla təqdim olunan yeməklər geniş müzakirələrə səbəb olub. Yumor məqsədilə seçildiyi görünə

Qızıl almaq istəyənlərə vacib xəbər: Qiymətlər niyə düşmür?

Məhərrəm ayında qızıl bazarında alıcı sayının azalmasına baxmayaraq, qiymətlərdə nəzərəçarpacaq ucuzlaşma müşahidə edilmir. Bəs tələb aşağı düşdüyü halda qızıl niyə kəskin şəkildə ucuzlaşmır?. Mövzu ilə bağlı -a danışan iqtisadçı-eksper

Dünya bazarında neft ucuzlaşdı

Dünya əmtəə bazarlarında neft qiymətlərində eniş müşahidə olunur. xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin qiyməti 0,41 ABŞ dolları (0,49 faiz) azalaraq bir barel üçün 82,8


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər azerbaycan son xeber bugun hava proqnozu en son xeberler