Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə etdilər

Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə etdilər24 may 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Almaniyanın xarici işlər naziri Annalena Berbok arasında telefon danışığı aparılıb.
KONKRET.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub.
Alma-Ata şəhərində 10-11 may tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş görüş barədə qarşı tərəfə ətraflı məlumat verilib. Ümumilikdə, sülh prosesi çərçivəsində fikir ayrılıqları olan məsələlər nəzərdən keçirilib, danışıqların davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Son zamanlar Azərbaycanla-Ermənistan arasında baş tutan razılaşmalar və etimad quruculuğu tədbirləri, xüsusilə də delimitasiya komissiyaları tərəfindən əldə edilmiş razılığa əsasən Azərbaycana məxsus 4 kəndin geri qaytarılması və sərhəddin bir hissəsinin delimitasiya olunması sülh prosesi çərçivəsində əhəmiyyətli tədbirlər kimi qeyd edilib.
Telefon danışığı zamanı, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində "Petersberq İqlim Dialoqu" formatında Azərbaycan və Almaniya həmsədrliyi ilə tədbirin əhəmiyyəti vurğulanıb, bundan sonra da iki ölkə arasında COP29 çərçivəsində əməkdaşlığın vacib olduğu qeyd edilib.
Daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi       Tarix: 25 may 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam.az xeberler valyuta xeberler bugun xeber.az son xeberler