Azərbaycanda ən bahalı cərrahi əməliyyatlar - SİYAHI + QİYMƏTLƏR

Azərbaycanda ən bahalı cərrahi əməliyyatlar - SİYAHI + QİYMƏTLƏRAzərbaycanda nadir və bahalı əməliyyatlardan bir çoxu icra edilir. Hazırda ölkədə icbari tibbi sığorta qüvvədədir, bir çox dövlət və özəl klinikalarda 100-dən çox əməliyyat sığorta hesabına həyata keçirilir. Bura koxlear implantından tutmuş oynaq protezlənmə əməliyyatları da daxildir.
Lakin hələ ki, ölkədə ən bahalı əməliyyat – orqan köçürülməsi sığortaya daxil deyil. Eləcə də bahalı əməliyyatlar limitlə icra edilir və hər xəstənin də bundan istifadə etmək şansı olmur.
Azərbaycanda son illər bahalı əməliyyatlara tələbat artmaqdadır. Statistika göstərir ki, insanlarda həyati vacib orqanları – ürək, böyrək, qaraciyəri tez sıradan çıxmağa başlayıb.
KONKRET.az xəbər verir ki, medicina.az hazırda Azərbaycanda qiyməti "dodaq uçuqladan" bahalı əməliyyatların siyahısını hazırlayıb.
Bura dəyəri 6-7 mindən yuxarı olan əməliyyatlar daxil edilib. Qiymətlərinə və əhəmiyyətinə, həcminə görə bu əməliyyatları bir neçə qrupa bölmək olar.
Orqan transplantologiyası ölkədə ən bahalı əməliyyatdır:
– Qaraciyər köçürülməsi – 35-40 min manat (donor canlıdan və ya xəstənin ailə üzvü, qohumundan olur);
– Böyrək köçürülməsi – 15-18 min manat.
Onkoloji, xərçəng əməliyyatları üzrə ən bahalılar:
– beyin şişləri əməliyyatı (şişin yerləşdiyi yerdən asılı olaraq) – 10-15 min manat;
– Mədəaltı vəz, öd yolları onkoloji şişlərində PDR əməliyyatı – 7-9 min manat;
– Qida borusu törəmələrində – rezeksiya və süni boru yerləşdirilməsi – 7-8 min manat.
Travmatoloji əməliyyatlardan:
– Oynaq protezləşdirilməsi endoprotezlər qoyulması – Bir oynaq 6000-7000 – iki oynaq 10-12 min manat;
– Onurğa fəqərələrin dağılması, qırılmasında fəqərələrin protezləşdirilməsi – hər fəqərə arası sahə üçün – 2500 manat – 4-5 fəqərə 8-10 min manat.
Damar əməliyyatları – invaziv, qeyri-invaziv:
– Beyin anevrizması, damar yırtılması – 9-10 min manat;
– Damar angioplastikaları – aşağı, yuxarı ətraflara stendin qoyulması – bir ayaq 3-4 min, iki ayaq 7-8 min manat;
– Beyində stend yerləşdirilməsi – bir stent 3-4 min manat.
Ürək əməliyyatları:
– Ürəkdə damarlara stend qoyulması, stend sayından asılı olaraq, bir stend 2-3 min manat. Bir dəfəyə 3-4 stend qoyulduğunu nəzərə alsaq – 8-10 min manat;
– Ümumilikdə açıq və ya qapalı olmasından asılı olaraq ürəkdə əməliyyatlar – 9-14 min manat;
– Ürəkdə klapan, qapaq əməliyyatları, protezləşdirilmə – 7-9 min manat.
DİGƏR:
Mədə kiçiltmə əməliyyatı – bariatrik cərrahiyyə – 5-6 min manat. Qiymət əməliyyat zamanı istifadə olunacaq tək istifadəlik üçün nəzərdə tutulmuş stepler, kartus və s bu kimi alətlərin sayından asılıdır;
Kök hüceyrə köçürülməsi: oynaqlara, onurğa və s. – bir oynaq 3-4 min – ikisi 6-7 min manat.
Qeyd edək ki, çox zaman əməliyyatı icra edəcək həkimdən asılı olaraq qiymət dəyişir. Tanınmış, adlı-sanlı cərrahların əməliyyatı daha bahalıdır. Eləcə də klinikadan asılı olaraq qiymətlər 1-3 min manat ucuz və ya baha ola bilər.

Sağlamlıq       Tarix: 10 yanvar 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri


yeni xeberler azerbaycan xeberleri son xeberler ensonxeberler metbuat xeberleri son xabarlar xəbərlər