Azərbaycanda iki koronavirus vaksini ilə bağlı araşdırmaların nəticəsi AÇIQLANDI
"Həm Azərbaycan, həm də Rusiyada 100 nəfərin iştirakı ilə aparılan araşdırmada preparatların kombinasiyası təhlükəsizliyin optimal profili və dözümlüyünü nümayiş etdirdi ki, bu da "AstraZeneca", "Sputnik V" və "Sputnik Layt" vaksinlərinin təhlükəsizlik üzrə öncəki klinik araşdırmalarının nəticələri ilə üst-üstə düşür".
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondundan bildirilib.
Qurumdan qeyd olunub ki, "AstraZeneca" və "Sputnik V" – "Sputnik Layt" peyvəndlərinin birinci komponentinin kombinasiyası təhlükəsizliyini qiymətləndirən klinik tədqiqatların ikinci mərhələsinin aralıq nəticələri arasında ciddi mənfi hallar aşkarlamayıb.
"Könüllülərin monitorinqi ilk aşıdan sonra 57 gün davam edib və preparatların kombinasiyası üçün yüksək təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Tədqiqat zamanı peyvəndlə bağlı heç bir ciddi mənfi hal aşkar edilməyib", – tədqiqatın müəllifləri vurğulayıblar.
Tədqiqat çərçivəsində könüllülərə 28 gün fasilələrlə müxtəlif ardıcıllıqla "AstraZeneca" və "Sputnik V" peyvəndlərinin "Ad26-S" komponenti əzələdaxili yeridilir.
Xidmetler [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto