Azərbaycanda məktəbli qız evlənmək üçün evdən qaçıb - VİDEO

Azərbaycanda məktəbli qız evlənmək üçün evdən qaçıb - VİDEOQaçırılan qızlarla bağlı məsələdə qanunda daha ciddi cəza tədbirləri görülməlidir. Bu, insanların evlənməsinə sərt reaksiya kimi başa düşülməməlidir.
Azxeber.com xəbər verir ki, bunu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova deyib. Komitə sədri həmçinin uşaqların əməyinin istismar olunmasına da diqqət çəkib.
10-cu sinif şagirdi evlənmək üçün qaçıb. Bu gün Ağdam rayonunda 16 yaşında qız uşağının qaçırılması ilə bağlı məlumat yayılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlərlə həmin qız tapılaraq ailə üzvlərinə təhvil verilib. O, izahatında evlənmək məqsədi ilə öz razılığına əsasən getdiyini bildirib.
Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova məsələyə münasibət bildirərkən qeyd edib ki, komitənin Ağdamda mərkəzi var və mərkəz həmin hadisə ilə məşğuldur. Hazırda ailəsinə qaytarılan qızın psixoloji vəziyyəti ilə bağlı tədbirlər görülür. Komitə sədri həmçinin əlavə edib ki, bu kimi hadisələrin qarşısını almaq üçün daha ciddi addımlar atılmalı və cəza tədbirləri daha da sərtləşdirilməlidir
Bahar Muradova diləndirilən uşaqlarla bağlı məsələdən danışarkən bildirib ki, küçədə azyaşlıların diləndirilməsi cəmiyyətimizi, gələcəyimizi təhdid edən bir məsələdir. O, qeyd edib ki, böyük insanların əlində azyaşlı uşaqlar qazanc vasitəsi kimi istifadə olunur.
Komitə sədri əlavə edib ki, bu kimi məsələlərin hər birinin kökündə ailə modeli dayanır. Uşağın atacağı hər bir addımın təməli ailədən qoyulur. Möhkəm ailə gələcəkdə möhkəm uşaq deməkdir.

Sosial       Tarix: 23 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta cəbhədən yeni xəbərlər sonxeberler son.xeberler