Azərbaycanda modul tipli xəstəxanalar BAĞLANDI
Sosial şəbəkədə ötən gündən etibarən Bakının Zığ qəsəbəsində yerləşən FHN-in modul tipli xəstəxanasının fəaliyyətini dayandırması ilə bağlı məlumat yayılıb.
KONKRET.az xəbər verir ki, paytaxtda COVID-19 pandemiyası ilə əlaqədar açılan digər modul tipli xəstəxanaların da bağlandığı bildirilir.
Məsələ ilə əlaqədar qafqazinfo TƏBİB-lə əlaqə saxlayıb. Qurumun Mətbuat xidmətindən koronavirusa yoluxma sayında azalmanın olması səbəbindən bəzi modul tipli xəstəxanaların fəaliyyətini dayandırdığı təsdiqlənib:
"COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir. Respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb. Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb".
TƏBİB-dən, həmçinin bildirilib ki, bölgələrdə və Bakıda COVID-19-la mübarizəyə cəlb edilmiş bəzi xəstəxanalarda ənənəvi xidmət bərpa edilib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasına görə, ötən gün Azərbaycanda 3 nəfər koronavirusdan vəfat edib, 48 nəfər yoluxub. Ümumilikdə aktiv xəstə sayı 308 nəfərdir.

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto