Azərbaycanın uğurlarına "kor" olanların "dil açması" – MÖVQE

Azərbaycanın uğurlarına İstənilən sahədə diletantlıq çox pis çəhətdir. Bu, xüsusilə də peşəkar siyasətçi olmayıb, amma siyasət barədə diletant tərzdə fikir yürütməyə çalışanlara aiddir.
Çox uzağa getməyək, 2020-ci ilən bəri baş verənlərə nəzər salaq: Azərbaycan dövləti beynəlxalq qanunlara uyğun olaraq öz torpaqlarını erməni işğalından azad etməyə, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməyə nail oldu.
Nəhayət, aprelin 18-dən etibarən Rusiya sülhməramlılarının Qarabağı tərk etməyə başlaması və Ermənistanın rəsmi olaraq Azərbaycanın işğalda qalmış kəndlərini qaytarmağa razılaşması bütün xalqımızı sevindirən tarixi hadisəyə çevrildi.
Bu gün isə hər iki ölkənin ekspert qrupları Azərbaycanla Ermənistan arasında sərhəddəki yerlərdə aparılan geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.
Bəs son 4 il ərzində vaxtilə "İlham Əliyev bir millimeter torpağı da qaytara bilməyəcək", "Ura, neft 14 dollara düşdü" deyən diletantlar nə edirdilər? Heç nə! Əlacı olsa, bizi qan içində boğacaq Ermənistanın baş nazirinə "demokrat" geyimi ölçüb-biçirdilər.
Biri deyirdi ki, "Nə oldu, İlham Əliyev, niyə Xankəndiyə, Xocalıya, Əsgərana, Xocavəndə getmirsən?!". Digəri uzaq Amerikadan səslənir di ki, "əgər Rusiya sülhməramlıları Qarabağı tərk edərsə, mən İlham Əliyevə bravo deyəcəyəm, onu Müzəffər Ali Baş Komandan adlandıracağam", digəri qulağını kəsirdi, başqası Londonun küçələrini dolaşa-dolaşa nəyisə göstərməyə çalışırdı. Hələ ölkəmizə qarşı sanksiyalar tətbiq edilməsini tələb edənlər də tapılırdı. Diqqət edin, bu adamların biri də indiyədək ölkəmizin əsas məsələsi olan Qarabağla bağlı bir dəfə olsun belə beynəlxaq tribunalardan etiraz səslərini qaldırmayıblar. Yalnız ermənipərəst konqresmenlərin və ya ermənilərin ölkəmiz, dövlətimizin başçısı haqqımızda söylədikləri yolverilməz ifadələrdən vəcdə gəliblər.
Halbuki, onların qarşısında Ramiz Yunus nümunəsi var. Vaxtilə AXC-Müsavat hakimiyyətində yüksək vəzifə tutmuş, hazırda ABŞ-də yaşayan Ramiz Yunus hakimiyyətlə bağlı bütün narazılıqlarına baxmayaraq, 2020-ci il 27 sentyabrdan başlayaraq yalnız Azərbaycan həqiqətlərini bütün dünyaya yaymaqda davam edir, əsl vətəndaş mövqeyi sərgiləyir. Çünki ABŞ isteblişmentinin iç üzünü yaxşı tanıyır, maraqlarının nədən ibarət olduğunu, insan haqlarının onlar üçün bəhanə olduğunu yaxşı anlayır. Bilir ki, ölkəmizə xarici basqının və təzyiqlərin qarşısında davam gətirən, müstəqil dövlətimizin maraqlarını və mənafelərini heç kimə satmayacaq qədər qətiyyətli, dünyada cərəyan edən mürəkkəb proseslərdən öz ölkəsinin xeyri üçün istifadə etməyi bacaran əsl Lider rəhbərlik edir. 1988-ci ildən bəri biz belə liderin həsrətində olmamışıqmı?!
Odur ki, "tutaq ki, Rusiya sülhməramlılarının çıxarılması İlham Əliyevin xidmətidir. Qəbul edək bunu. Onda necə olur ki, 7 fevralda – prezident seçkilərində İlham Əliyev bunu sizə demirdi? Bu, axı möhtəşəm bir xəbərdir. Bəlkə müxalifət elə fikrini dəyişəcəkdi, gedib səs verəcəkdi" kimi diletant fikrə təəccüblənmirsən. Görün, Azərbaycanın dövlət başçısı öz misilsiz siyasəti ilə belə diletantlara yerini necə göstəribsə, onların sayıqlamaqdan başqa əlacları qalmayıb.
Xatirə SADİQ,
KONKRET.az

Siyasi       Tarix: 23 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər en son xeberler bu gun hava durumu son xeberler azerbaycan