Bakıda Azərbaycan-Türkiyə I Enerji Forumu keçirildi - 6 sənəd İMZALANDI

Bakıda Azərbaycan-Türkiyə I Enerji Forumu keçirildi - 6 sənəd İMZALANDIBu gün Bakıda Azərbaycan-Türkiyə I Enerji Forumu keçirilib.
KONKRET.az xəbər verir ki, forum çərçivəsində 6 sənəd imzalanıb.
İmzalanan ilk sənəd Azərbaycan-Türkiyə I Enerji Forumunun Protokolu olub. Protokolu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.
Nazirlər Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memoranduma da imza atıblar.
Üçüncü sənəd Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş olub. Sazişi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.
Dördüncü sənəd Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında əməkdaşlığın həyata keçirilməsi sahəsində Anlaşma Memorandumdur.
Sənədi Azərbaycan tərəfindən Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov və "AzerGold" QSC-nin rəhbəri Zakir İbrahimov, Türkiyə tərəfindən isə Mədən Tədqiqi və Axtarış Baş İdarəsinin baş direktoru Yasin Erdoğan imzalayıblar.
Beşinci sənəd Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında yer elmləri sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu olub. Bu memorandumu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev və Mədən Tədqiqi və Axtarış Baş İdarəsinin Baş direktoru Yasin Erdoğan imzalayıblar.
Sonuncu sənəd isə "Azerenerji" ASC və "Türkiye Elektrik İletim Anonim Şirketi" (TEİAŞ) arasında əməkdaşlıq Protokolu olub. Bu sənədi "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev və TEİAŞ-ın Baş direktoru Orhan Kaldırım imzalayıblar.

Sosial       Tarix: 22 dekabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta cəbhədən yeni xəbərlər sonxeberler son.xeberler