Bapbalaca boyu var, dam dolusu xeyri var
Digər meyvələr kimi kinkan da sağlamlıq üçün faydalıdır.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, şirin-turş dadı olan olan bu meyvə yüksək C vitamini, lif və antioksidantlarla zəngindir.
Kinkan ürək çatışmazlığı, insult, iflic və yüksək təzyiq kimi xəstəliklərin riskini azaldır.
Yüksək miqdarda C vitamini ilə immunitet sistemini gücləndirməkdə mühüm rol oynayır. Həmçinin ağ qan hüceyrələrinin istehsalını artıraraq infeksiyalarla mübarizə aparmağa kömək edir.
Liflə zəngin olan kinkan həzm sisteminin nizamlı işləməsinə kömək edir. Lif bağırsaq hərəkətlərini tənzimləyir, qəbizliyin qarşısını alır və həzm problemlərini aradan qaldırmağa kömək edir.
Kinkanın tərkibində vitamin və antioksidantlar dəri sağlamlığına müsbət təsir göstərir. C vitamini kollagen istehsalını artıraraq dərinin elastikliyini və gənc görünüşünü qoruyur. Antioksidantlar isə dərini günəşin zərərli şüalarından və ətraf mühit faktorlarından qoruyaraq zədələnməsinin qarşısını alır.
Ətraflı
Kinkanın əhəmiyyətli kalsium tərkibi sümükləri qorumağa, sağlam və güclü qalmasına kömək edir.
Bu meyvə tərkibindəki lif sayəsində qan şəkərini tənzimləməkdə də faydalıdır. Lif karbohidratların udulmasını ləngidir, qan şəkərinin qəfil artmasının qarşısını alır. Bu xüsusiyyəti ilə kinkan xüsusilə diabet xəstələri üçün faydalı hesab olunur.
Meyvənin tərkibində olan A vitamini zəhərli maddələrin orqanizmdə yığılmasının qarşısını alır.
Tərkibindəki kalsim ilə dişləri və sümükləri gücləndirməyə kömək edir. Eləcə də əzələ ağrılarına yaxşı təsir göstərir. Xüsusilə məşqdən sonra istehlak edildikdə qan dövranını tənzimləyir və əzələ ağrılarını aradan qaldırır.
Bundan əlavə, kinkan A vitamin sayəsində göz sağlamlığını dəstəkləyir. Katarakt riskini azaldır və görmə itkisinə səbəb ola biləcək problemlərin qarşısını alır.
Tərkibindəki yüksək lif miqdarı ilə toxluq hissi verir. Bu da arıqlamaq istəyənlər üçün faydalıdır.
Vitamin tərkibi ilə saçları gücləndirir. Saç telləri və baş dərisi üçün çox faydalıdır. Həmçinin saç tökülməsini azaltmağa kömək edir.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü