Bizə Emin Əmrullayev kimi nazir lazımdırmı?

Bizə Emin Əmrullayev kimi nazir lazımdırmı?Mən kənd məktəbində oxumuşam. Kimsədən müəllim və ya məktəb üçün pul tələb edilmədiyi yerdə. Hətta ali məktəbə şagirdləri hazırlayan müəllimlər də buna görə pul ummurdu. 
1991-ci ildən taleyimizi bağladığımız Bakıda yaşayıram. İki övladım orta məktəbi bitirib, biri məktəblidir. Təbi ki, hamı kimi müəllim günündə, ad günündə, 8 martda büdcəmdən vəsait ayırmışam. Hələ fond pulunu demirəm…
Problem budurmu? Kimisə bu pulu verməyə məcbur edirlərmi? Verməsən nə olacaq ki? Uzaqbaşı valideynlər səni xəsis adlandıracaq. Vəssalam! 
Problem təkcə məktəbdə deyil, həm də bizdədi. Yol polisi içkili saxlayanda pulu ilk biz təklif edirik, qaydanı pozanda da. JEK-dən arayış istəyəndə şirinlik veririk. Deməli, günah həm də bizdədi.
Məktəblərə yardım oluna bilərmi? Bu sual iki gündür sosial şəbəkədən səslənir. Sinif rəhbərinin ad günü, 8 mart, müəllimlər günü, fond pulu. 
Bəli, Emin Əmrullayev yalan danışmaq istəmədi. "Nəyi düz ifadə etmədi" sualı ilə Emin müəllimin çıxışını izlədim və çıxışda sosial şəbəkədə yazılanları tapa bilmədim. Əvəzində nəyi tapdım? Nazir dedi ki, "Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Valideynlərin verdiyi ödənişlər könüllü olmalı və şəffaf mexanizmlə tənzimlənməlidir".  Burda "məktəblərdə rüşvət olmalıdır" sözü varmı? 
Bir məmur jurnalistləri yığıb onları nağıllarına inandırır, başqası isə səmimiyyətindən irəli gələrək yalan danışmır, buna görə də linç olunur. 
Nazir şəffaf olmaq məsələsini qabardır. Bunun nəyi pisdir? Razıyam, bəlkə nazir deməliydi ki, valideyn məktəbə könüllü ianə edə bilər! Bilməz ki? Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilən Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsində açıq qeyd olunur ki, "Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir". 
Burda sual oluna bilər ki, icbari təhsil pulsuz olsa da? Amma söhbət təhsildən getmir. Bir çox ölkələrdə belə nümunələr var. İmkanlı vətəndaşlar məktəblərə yardım edir. Amma o yardımlar rəsmi şəkildə olmalıdır. Kiminsə cibinə yox, məktəbin büdcəsinə daxil olmalıdır.
Bəs təhsil naziri Emin Əmrullayev nəyi demək istədi? Şəffaflıq deyəndə nəyi nəzərdə tutdu? Bunu bilmək üçün videonu tam, kontekstdən çıxarmadan izləmək lazımdır. 
Nazir bizə və vətəndaşa yalan danışmaq istəmədi. Təkzib də edə bilərdi. Təkzib etsəydi, indiki söyüşlər, yalan xəbərlər olacaqdımı? Əsla! Bu problemi təhsilə Emin Əmirullayev gətiribmi? Rektorluqdan nazirliyə gələn hörmətli Misir Mərdanovun dövründə belə problemlər daha çox idi. Amma o, qətiyyətlə təkzib edirdi. Hətta verilişə "Toyota" markalı avtomobildə gəlsə də, eyni markalı avtomobil almaq arzusunu dilə gətirməkdən çəkinmirdi.  
Əslində, məni düşündürən sual başqadır. Bizə səmimi nazir lazımdırmı? 
Emin Əmrullayev səmimi nazirdir, müasirdir, xaricdə təhsil alıb və kimin nə deməsindən asılı olmayaraq, onu təmiz məmur sayıram.
Emin Əmrullayev uğurlu kadrdır, amma məktəblərimiz onun düşüncəsindəki kimi şəffafdırmı? 
Təhsil naziri fərqli davranış nümayiş etdirir. Canlı yayımlar təşkil edir, feysbukda vətəndaşları dinləyir, şikayətlərə biganə qalmır. Bunun nəyi pisdir ki?
Emin Əmrullayev kimi nazirlər çox olduqca problemlər də azalacaq. Yetər ki, biz problem yaratmayaq…
Anar Yusifoğlu

Sosial       Tarix: 22 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta cəbhədən yeni xəbərlər sonxeberler son.xeberler