Bu dərmandan uzaq durun! - Nazirlikdən XƏBƏRDARLIQ

Bu dərmandan uzaq durun! - Nazirlikdən XƏBƏRDARLIQ"Aminoselekt" dərman vasitəsinin bütün seriyaları geri çağırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Səhiyyə Nazirliyi "Analitik Ekspertiza Mərkəzi" Publik Hüquqi Şəxsinin AEM Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasında TƏBİB-in 18-1-89/2-132/2024 nömrəli müraciəti əsasında aparılan ekspertizanın nəticəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilən "Dərman vasitələrinin geri çağırılması Qaydası"na (bundan sonra Qayda) uyğun olaraq müəyyən edilib:
"Keyfiyyətinin yoxlanılması məqsədilə Mərkəzə bir neçə şəhər və rayon xəstəxanalarından təqdim edilənn, İtaliyanın "İndustriya Farmasyutika Qalenika Senese SR" istehsalçısına məxsus, "Aminoselekt 500 ml inyeksiya üçün məhlul" və "Aminoselekt 250 ml inyeksiya üçün məhlul" nümunələri üzərində aparılan laborator tədqiqatlar nəticəsində nümunələri yoxlanılan mayelərin içərisində gözlə görünən tünd rəngli hissəciklərin mövcudluğu (istehsalçı tərəfindən təqdim edilən normativ sənədin tələbinə əsasən venadaxili inyeksiya üçün nəzərdə tutulan dərman vasitəsinin içərisində mexaniki qarışıqlar və ya kənar maddə hissəcikləri mövcud olmamalıdır) müəyyən edilib. Bu səbəbdən, sözügedən dərman vasitəsinin geri çağırılma dərəcəsi 1 (Dərman vasitəsinin şəxsin həyat və sağlamlığına təhlükə yaratdığı və yarada biləcəyi hallar), dərman vasitəsinin geri çağırılma səviyyəsi isə "A" səviyyəsində (son istifadəçiyə qədər) təyin edilib.
Yuxarıda qeyd olunanlara əsasən Qaydanın 4.1.3-ci yarımbəndini rəhbər tutaraq, İtaliyanın "İndustriya Farmasyutika Qalenika Senese SR" istehsalçısına məxsus, "Aminoselekt 500 ml inyeksiya üçün məhlul" adlı, seriyası: 2300311; 2300312 və "Aminoselekt 250 ml inyeksiya üçün məhlul" adlı, seriyası: 2301012, 2301013, 2300469, 2300470 olan dərman vasitəsinin geri çağırılması barədə qərar qəbul edilib".

Sağlamlıq       Tarix: 06 may 2024
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın

Bazarlarda göbələk mövsümünün başlaması ilə bu məhsula tələbat artır. Lakin göbələk alarkən diqqətsizlik istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə köhnəlmiş, düzgün saxlanılmamış və ya zəhərli növlərl

Qoşaçayda otuz şagird zəhərləndi

Bu gün Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərinin məktəblərindən birində otuz şagird zəhərlənib. KONKRET.azxəbər verir ki, bu haqda İran televizyası məlumat yayıb. Xəstəxanalara köçürülən şagirdlərin zəhərlənmə səbəb

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə

Azərbaycanda hər 6 aydan bir məcburi tibbi müayinə tətbiq oluna bilər? – AÇIQLAMA

Xərçəng xəstəliklərinin erkən aşkarlanması və ölüm hallarının azaldılması müasir səhiyyənin ən mühüm prioritetlərindən biridir. Mütəxəssislər hesab edirlər ki, onkoloji xəstəliklərlə mübarizədə ən təsirli vasitələrdən bir

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali


azerbaycan xeberleri yeni xeberler son xeberler sou biznes ən son xəbər cəbhədən ən son xəbərlər son.xeberler