Bu şəxslərə sağlamlıq haqqında arayış verilməyəcək - XƏBƏRDARLIQ
Məlum olduğu kimi, bu gündən işə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektron formada veriləcək. Maraqlıdır, yenilik bu sahəyə hansı dərəcədə təsir edəcək? Sözügedən sahələrdə elektron arayış zərurəti nədən yaranıb?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bir sıra vacib məqamlara aydınlıq gətirib:
"Əslində, istənilən bir arayışın elektron formada verilməsi üçün şəxs barədə ilkin məlumatlar müəyyən bir proqramda mövcud olmalıdır. Yalnız bu qaydada hər hansı elektron arayış verilə bilər. Məsələn, sürücülük vəsiqəsi almaq istəyən adam qandan analiz verir. Onun qanında narkotik olub-olmaması yoxlanılır. Həmçinin, görmə qabiliyyəti, ağır xəstəliklərlə bağlı yoxlanış, nevroloji status və s. yoxlanılır. Bu arayış da sadalanan müayinələr və onların cavablarının toplanılması, araşdırılması əsasında təqdim edilir. Ona görə də, ürəyi istəyən hər kəs elektron formada arayış ala bilməz. İlkin məlumatlar bazası olmalıdır. Arayış almaq istəyən şəxs ilk növbədə müxtəlif müayinələrdən keçməlidir. İstənilən situasiyada bu arayışın verilməsi üçün faktoloji məlumatlar proqramda öz əksini tapmalıdır".
A.Qeybulla sistemin müsbət təsirlərindən də danışıb:
"Bu sistem bütün sahələrdə normal tətbiq olunsa və çalışsa, mütləq qaydada öz müsbət təsirini göstərəcək. Beləliklə, insanlar da həmin yenilikdən mümkün qaydada faydalana biləcək". (Yeni Sabah)

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var