Cəmiyyət özü üçün etibarlı xəbər mənbələri seçməlidir' — Dezinformasiya ilə mübarizə güclənir

Cəmiyyət özü üçün etibarlı xəbər mənbələri seçməlidir' — Dezinformasiya ilə mübarizə güclənir"Təəssüflər olsun ki, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində bu gün dezinformasiya və "fake news"a rast gəlirik. Dezinformasiya və "fake news" son illər dünyada media sahəsində ən böyük problemə çevrilib. Məlumatların təhrif olunması, saxta məlumatların tirajlanması geniş yayılıb. Azərbaycanda da bu tendensiyanın şahidi oluruq. Amma Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən "Media savadlılığı" layihəsi bütövlükdə təkcə mətbuatımız üçün deyil, cəmiyyətimiz üçün önəmli bir layihə olaraq qiymətləndirilməlidir". 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib. O qeyd edib ki, bu layihənin həyata keçirilməsi cəmiyyətdə yayılan saxta məlumatlara, dezinformasiyalara qarşı bir immunitet rolunu oynaya bilər: 
"Çünki hansısa bir məlumat yayımlananda və oxucu onu mütləq həqiqət kimi qəbul etdikdə bu, cəmiyyətə böyük zərbə vura bilər. Bu, yalan xəbərin geniş vüsət almasına gətirib çıxara bilər. "Media savadlılığı" Həftəsinin keçirilməsi, cəmiyyətdə bu yöndə maarifləndirmə işlərinin aparılması Azərbaycanda cəmiyyətin "fake news"la mübarizə aparmasına yardımçı olacaq, deyə düşünürəm. Cəmiyyət bəzi xəbər saytlarında, sosial şəbəkələrdə yayılan saxta xəbərlərə inanmamalı, özü üçün etibarlı mənbələr müəyyənləşdirməlidir. Belə olduqda biz növbəti mərhələlərdə cəmiyyətimizdə bu tip saxta məlumatların yayılmasının qarşısının alındığının şahidi olarıq". 
Qeyd edək ki, Azərbaycanda "Media Savadlılığı" Həftəsinə başlanılıb. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə dekabrın 16-22-də keçiriləcək həftə çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı, paytaxt Bakı şəhərində və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili, "ASAN Radio"da "Smart Media" layihəsinin icrası, media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi, "medialiteracy.media.gov.az" platformasında onlayn kursun istifadəyə verilməsi və ənənəvi "Media Savadlılığı" Konfransının təşkili nəzərdə tutulur. / azxeber.com

Siyasi       Tarix: 17 dekabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az bugun xeberler enson xeberler