Ceyhun Bayramov Filemon Yanq ilə Azərbaycan-BMT əməkdaşlığını müzakirə edib

Ceyhun Bayramov Filemon Yanq ilə Azərbaycan-BMT əməkdaşlığını müzakirə edibAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov COP29 Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidenti Filemon Yanq ilə görüşüb.
Bu barədə azxeber.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan-BMT əməkdaşlığı, habelə ölkəmizin COP29 sədrliyindən irəli gələn məsələlər müzakirə olunub.
İqlim dəyişikliyinin fəsadlarının bölgəmizə, dünyamıza təsirinin ölkəmiz tərəfindən də yaxından müşahidə olunduğu, bu xüsusda, tərəfimizdən milli səviyyədə yaşıl enerjiyə keçid yanaşmasının tətbiq edildiyi, habelə regional və qlobal səviyyədə mövcud çağırışlarla mübarizədə çoxtərəfliliyin təşviq olunduğu qeyd edilib.
Ölkəmiz tərəfindən həyata keçirilən bir sıra regional və beynəlxalq layihə və təşəbbüslərdən bəhs olunub, COP29 çərçivəsində bu gün "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalandığı diqqətə çatdırılıb.
COP29 sədrliyimiz və aparılan danışıqlar prosesindən ətraflı bəhs edən nazir Ceyhun Bayramov, iqlim maliyyəsi mövzusunun irəlilədilməsi məqsədilə tərəfimizdən aparılan aktiv fəaliyyət nəticəsində beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə yeni maliyyə strukturuna keçiddə vacib irəliləyişlərin əldə olunduğunu bildirib.
Prezident Filemon Yanq ölkəmizi COP29 sədrliyi münasibətilə təbrik edib, sessiyanın yüksək səviyyədə təşkilatçılığına görə təşəkkür edib. BMT-nin iqlim dəyişikliyi ilə mübarizə istiqamətinə xüsusi önəm verdiyi və bu sahədə səyləri dəstəkləməyə hər zaman hazır olduğu qeyd edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi       Tarix: 13 noyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az valyuta məzənnələri meherremlik 2026 kriminal xeberler