Ceyhun Bayramov: Fransalı nazirin COP29-dan imtinası yanlış qərardır
Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Pannye-Runaşenin Bakıya, COP29-a gəlməyəcəyi ilə bağlı verdiyi qərar yanlışdır.
KONKRET.azxəbər verir ki, bunu jurnalistlərlə söhbətində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun fikrincə, fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır:
"Özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edən Avropa İttifaqının aparıcı ölkəsi olan Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənarda qalması yanlış addımdır".
XİN rəhbəri deyib ki, Azərbaycan heç vaxt iqlim mövzusunu Fransa ilə olan digər məsələlərə qarışdırmır.
"Bizim COP-dan öncə də tədbirlərimiz olub, onların hamısında fransalı danışıqçılar, Fransa nümayəndələri dəvət olunublar və bu tədbirlərdə iştirak ediblər. Bizim COP komandamız da onlarla çox konstruktiv işləyiblər. Bundan öncə də söylədiyim kimi, Fransanın iştirak etməməsi – bu, artıq onların öz seçimidir", – nazir deyib.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri