"Chek up" müayinələr pulsuz ola bilər?
"Azərbaycanda "chek up" müayinələr sığorta təminatında deyil".
KONKRET.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, icbari tibbi sığortanın dünya təcrübəsi var və hazırda dünyanın heç bir ölkəsində "chek up" müayinələr sığorta təminatında deyil.
Qəfil uşaq ölümlərinin qarşısının alınmasında "chek up" müayinələrin rolu ilə bağlı sualı cavablandıran K.Ələkbərov bildirib ki, bu yalnız "chek up" müayinə ilə deyil, ailə həkimlərinin köməyi ilə də həll oluna bilər:
"Uşaqların daha güvənli olması üçün vətəndaşlarımızın ailə sağlamlıq mərkəzklərindəki həkimlərlə daha sıx təmasda olmaları lazımdır. Əgər sıx təmasda olsalar, belə hallar baş verməz. İcbari tibbi sığortanın ölkəmizdə tətbiqi və inkişafı günü-gündən inkişaf edir, qaydalar dəyişir. Ola bilsin ki, gələcəkdə imkanlar daha da genişlənəcək və "chek up" müayinələrin də sığortaya daxil edilməsinə ehtiyac yaranacaq. Çünki profilaktik tədbirlərin aparılması daha asandır və daha az məsrəflidir, daha tez başa gəlir".

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
"Bizdən qaça bilməyəcək" - Lukaşenkodan Paşinyana
Bütöv bir institut bir adama qarşı": Kəsfiyyat Stalinin fikirlərini necə açmağa çalışırdı
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr... - FOTO
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
İtkin kimi axtarılan 8 nəfər tapıldı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Şahbaz Şərif İlham Əliyevə zəng etdi