Çində rekord yoluxma qeydə alındı
Çində ötən sutka koronavirusa rekord yoluxma qeydə alınıb.
KONKRET.azxəbər verir ki, ölkənin Milli Səhiyyə Komissiyası 32 943 nəfərdə virusun aşkar edildiyini açıqlayıb.
Məlumata görə, xəstəliyin simptomları 3103 xəstədə aşkar edilib, 29 840 nəfərdə bu, asimptomatik olub.
Ən çox yoluxma Çinin cənub-şərqindəki Quandun əyalətinin payına düşüb – 8 499.
Pandemiya başlayandan Çində 300 600 nəfərdə koronavirus müəyyən edilib, onların 5 232 nəfəri ölüb.
Çində növbəti infeksiya epidemiyası fonunda məhdudiyyətlər tətbiq olunmağa başlayıb. Belə ki, Quandun da daxil olmaqla bəzi əyalətlərdə məktəblər və universitetlər distant rejimə keçib, uşaq bağçalarının fəaliyyəti dayandırılıb. Pekin rəsmiləri PZR testinin mənfi nəticəsi olmayan sakinlərin ictimai yerlərə getməsini qadağan edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
"Bizdən qaça bilməyəcək" - Lukaşenkodan Paşinyana
Bütöv bir institut bir adama qarşı": Kəsfiyyat Stalinin fikirlərini necə açmağa çalışırdı
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr... - FOTO
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
İtkin kimi axtarılan 8 nəfər tapıldı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Şahbaz Şərif İlham Əliyevə zəng etdi