Çiyələkdən keçən "Hepatit A" TƏHLÜKƏSİ - Nələri bilməliyik? - Həkimdən AÇIQLAMA

Çiyələkdən keçən Dünya pandemiyadan yaxasını qurtarmamış növbəti xəstəliklər və viruslar haqda xəbərdarlıqlar eşidirik. Belə ki, bu günlərdə ABŞ-da çiyələkdən keçdiyi düşünülən bir xəstəlik yayılmağa başlayıb. 
Bəzi  marketlər şəbəkəsində satılan çiyələklərdən keçdiyi iddia edilən virus "Hepatit A" xəstəliyinə səbəb olur. İndiyədək 17 xəstəliyə yoluxma faktının olduğu bildirilib. Hepatit A hallarının orqanik çiyələk markalarını alanlara aid olduğunu bildirib.
Bəs görəsən, bu nə dərəcədə təhlükəli virusdur? Virusun Azərbaycanda da yayılma riski varmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan həkim-terapevt Məlahət Abbasova bildirib ki, virusun yayılması ilə bağlı çoxsaylı ehtimallar var:
"Hepatit A" hava damcı yaxud qanla keçən xəstəlik deyil. Bu virus yalnız natəmiz əllərdən keçə bilər. Yəqin ki, həmin virus çiyələyin əkildiyi torpaqda olub. Yaxud da məhsulu yığıb qablaşdıran şəxslərin əlləri təmiz olmayıb. Həmin şəxslər isə virusun daşıyıcısı olub. Çünki  "Hepatit A" insana yalnız bu halda keçə bilər".
Çiyələkdən keçən Həkimin sözlərinə görə, dondurulmuş, xaricdən idxal edilən giləmeyvələrdən çox istifadə etmək məqsədəuyğun deyil:
"Virusun yayılması artıq təhlükədən xəbər verir. Azərbaycan da dünyanın bir hissəsidir. Ölkəmiz meyvə tərəvəz idxalçısıdır. Ona görə də bacardıqca alınan məhsulları təmiz və steril bir şəkildə qəbul etməliyik. Meyvə və tərəvəzi yaxşıca yumaq mütləqdir. Bəzən uşaqlar yuyulmamış meyvəni yeyir ki, bu çox təhlükəlidir. Düzdür, Azərbaycanda əksər meyvə və tərəvəz yetişir. Ona görə də, çalışıb hər məhsulu öz mövsümündə yeməliyik. Dondurulmuş, xaricdən idxal edilən giləmeyvələrdən çox istifadə etmək məqsədəuyğun deyil. Bizim orqanizmimiz bu torpaqda yetişən məhsullara uyğunlaşıb. Ona görə də xaricdən alınan meyvədən çox istifadə etmək olmaz. Məcbur qaldıqda isə həmin məhsullar isti su ilə yuyulmalıdır".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Sağlamlıq       Tarix: 30 may 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər hava durumu xeber saytlari bu gunun xeberleri