COP29-un Baş danışıqçısı sədrliyin prioritetlərini açıqlayıb
COP29-un Baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 komandasının əsas iş istiqamətlərindən danışıb və bildirib ki, konfransın yekun sənədləri ilə bağlı proses hələ başlamayıb.
AZXEBER COM report-a istinadən xəbər verir ki, o, bunu VI Ümumdünya Forumu çərçivəsində "Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət" mövzusunda keçirilən iclasda deyib.
"COP29 komandası hazırda əsas məsələlər üzrə üç vacib sahədə işləyir. Birincisi, danışıqlar prosesinə hazırlıqdır. COP29-un yekun sənədləri ilə bağlı danışıqlar prosesi hələ başlamayıb. Lakin bu prosesə hazırlıq çərçivəsində prosesin tərəfsiz iştirakçıları, müxtəlif dövlətlərlə onların mövqeyini öyrənmək üçün fəal məsləhətləşmələr aparılır", - o bildirib.
Y.Rəfiyev vurğulayıb ki, ikinci istiqamət olaraq, COP29-un sədrliyinin, digər ölkələrin və təşkilatların təşəbbüsləri haqqında məlumatları alıb təhlil edirlər: "Onlara əsaslanaraq fəaliyyətimiz üçün gündəlik hazırlayırıq. Üçüncü istiqamət Azərbaycanın milli səviyyədə həyata keçirməli olduğu tədbirlərdir, qlobal miqyasda nümunə göstərmək üçün hansı addımları atmalıdır. Bu istiqamətdə də məsləhətləşmələr aparılır".

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev