Daha 3 könüllü gənc KOBİA-da işlə təmin edildi

Daha 3 könüllü gənc KOBİA-da işlə təmin edildi"Könüllülər ili"ndə daha 3 könüllü gənc Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işlə təmin olunub.
Agentlik-dən Trend-ə verilən məlumata əsasən, "KOB könüllüsü" olmuş gənclər təhsillərinə, eləcə də könüllülük müddətində qazandıqları təcrübəyə uyğun olaraq, Agentliyin İnnovasiya, tədris və konsultinq, Hüquq və Maliyyə və təchizat departamentlərində əmək fəaliyyətinə başlayıblar.
Hazırda KOBİA-da ümumilikdə 40 gənc könüllü kimi fəaliyyət göstərir ki, onlardan 12-si Agentliyin baş ofisində, 28-i isə ölkənin 20 şəhər və rayonundakı "KOB Dostu" ofislərində könüllü fəaliyyətinə cəlb olunublar.
"KOB könüllüləri" bu ilin fevralında fəaliyyətə başlamış və sahibkarlara 300-ə yaxın dövlət-biznes və zəruri biznes-biznes xidmətlərinin vahid məkanda təqdim edildiyi Xaçmaz KOB evində də fəaliyyət göstərirlər.
Məlumat üçün qeyd edək ki, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək onlara əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə KOBİA-da 2018-ci ildən "KOB Könüllüləri" Proqramı həyata keçirilir. İndiyədək 150-yə yaxın gənc bu proqrama qoşularaq KOBİA-da və onun regional bölmələrində könüllü olaraq fəaliyyət göstərib.
Proqrama qoşulmaq və Agentlikdə könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər KOBİA-nın www.smb.gov.az saytındakı "KOB könüllüsü ol" bölməsində qeydiyyatdan keçə, proqram barədə ətraflı məlumat əldə edə bilərlər.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 12 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta məzənnələri maşın realiti şou qurban bayrami 2026 sonxeberler