Darçın və sarıkökün təhlükəsi barədə - Xəbərdarlıq
Darçın və zərdəçal sağlamlıq üçün son dərəcə faydalı hesab olunur. Darçının faydası qan şəkərinin səviyyəsinin aşağı olması ilə əlaqələndirilir və zərdəçalın əsas komponenti olan kurkumin iltihabla mübarizə aparan güclü bir antioksidant kimi tanınır.
KONKRET.az Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq Olesya Lukaşenkova ədviyyatların, xüsusən də düzgün istifadə edilmədikdə təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.
Darçının potensial təhlükələrindən danışan həkim qeyd edib ki, mağazalarda adətən müəyyən bir ağacın qabığından hazırlanmış ucuz bir məhsul satılır. Bu darçın növü "kassia" kimi tanınır.
Lukaşenkova vurğulayıb ki, kassiya qabığı ədviyyatı yüksək dozada qəbul etmək təhlükəlidir:
"Ədviyyatın tərkibində darçına xarakterik acı-şirin ətri verən kumarin var. Uzun müddət ərzində yüksək dozada kumarin qəbul edildikdə qaraciyərə zəhərli təsir göstərə bilər. Gündə bir çay qaşığından çox kassiya qabığı ədviyyatı qəbul etməkdən çəkinin".
Həmçinin, mütəxəssisin sözlərinə görə, bəzi hallarda orqanizm həssaslıq səbəbindən kumara kəskin reaksiya verə bilər və bu da baş ağrılarına, dəri problemlərinə və qarın ağrısı, ürəkbulanma və ürək yanması da daxil olmaqla, mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
Zərdəçal uşaqlıq yığılmalarını stimullaşdırmaq qabiliyyətinə görə hamilə qadınlar üçün təhlükəlidir.
Həkim aspirin tərkibli məşhur baş ağrısı dərmanının təhlükələri barədə xəbərdarlıq edib:
"Zərdəçal kəskin və xroniki hepatit, mədə və onikibarmaq bağırsağın xorası olan insanlar üçün tövsiyə edilmir".
Həkim həmçinin muskat və zirə istifadə edərkən ehtiyatlı olmağı məsləhət görüb.
Xidmetler [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar