Depressiyada olanları bu ucuz dərman xilas edə bilər - YENİ TƏDQİQAT
Müasir insanların ən çox üzləşdiyi psixoloji problemlərdən biri depressiya olduğu üçün alimlər buna qarşı effektiv vasitələri araşdırır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Çin alimlərinin Nevrologiya və Psixiatriya dərgisində çap olunan elmi nəticələri aspirinin depressiya müalicəsində effektiv olmasını bəyan edib.
Son illər dərin depressiyanın təməlində immune sistemin sistemin orqanizmdə gedən iltihab reaksiyalarına aktiv reaksiyası nəticəsində yaranması fikri irəli sürülüb.
Ona görə alimlər depressiyanın iltihabəleyhinə dərmanlarla müalicə etməyə cəhd ediblər.
Çin alimləri bu metodun həqiqətən təsirli olmasını, yoxsa plasebo olduğunu araşdırıb. Antidepressantlarla yanaşı iltihab əleyhinə dərmanların da istifadəsinin təhlükəsiz olub-olmaması araşdırılıb.
Bunun üçün 30 elmi işin nəticələri, 1610 depressiyadan əziyyət çəkən pasiyentin məlumatları incələnib.
Məlum olub ki, iltihab dərmanları həqiqətən yaxşı işləyir, antidepressantların təsirini artırır.
Bu birləşmələr depressiyanın ağırlaşma simptomlarını 52% azaldır, eləcə də 79% halda xəstəliyi likvidə edir.
Alimlər depressiya simptomlarını yüngülləşdirmək üçün aspirin, parasetamol kimi preparatları, eləcə də balıq yağı, Omeqa -3 BAD və statinlər depressiyası olanlar üçün əvəzsizdir və qəbul etsələr xəstəlikləri yüngülləşər. Amma bir şərtlə ki, bu dərmanlar psixiatrın pasiyentə uyğun yazdığı antidepressantla birgə qəbul olunsun.
Milli.Az /news.milli.az

Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Trampdan Azərbaycan açıqlaması
İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib
Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
"Real Madrid"in ulduzu bu komandaya gedir
"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı
Dollar bu gün neçəyə satılır?
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub