Dərmanların təbiətdə analoqları – Aptek, dərman olmayanda nə istifadə edirdilər?

Dərmanların təbiətdə analoqları – Aptek, dərman olmayanda nə istifadə edirdilər?Təbii inqridiyentlərdən preparatlar, təkcə ot, bitki demək deyil, onlar elə əsl dərman təsirli, təbiətin hələ aptek olmadığı dövrdə insanlara yardımıdır.
Hazırda aptekdə satılan bir çox dərmanların özləri də sənaye üsulu ilə alınsa da, əslində kökü təbiətə gedib çatır.  Məsələn, antibiotiklər kimyəvidir, bədənimizi zəhərləyir deyib düşünürük, qorxuruq, əslində onlar da təbiidir.
Milli.Az medicina.az-a istinadən məşhur dərmanların natural tərkibini və təbiətdə analoqlarını təqdim edir.
1.Aspirin - Asetilsalisil turşusudur. İva ağacının qabıqlarından alınır. Aspirinin icadına təkan verən bu qabıqlarda olan salisin adlı maddə olub. Qədimdə bu ağacın budaqları,kökü, gövdəsinin qabığı titrətmə, qızdırma, ağrı zamanı istifadə olunurdu.
Ona görə indi aspirin, salisil turşusu qızdırmasalıcı, ağrıkəsici kimi istifadə edilir. Hazırda bir çox ölkələrdə insanlar, bilənlər, təbiblər hələ də İva ağacının qabıqlarının dəmləməsindən baş, əzələ,oynaq ağrılarında, menstruasiya spazmları, titrətmə əleyhinə istifadə edir. Lakin aspirindən fərqli olaraq, təmiz halda ağacda olan salisinin əks təsirləri də çoxdur. Diareya, həzm pozulması, qusma verə bilər. Aspirində isə bu təsirlər minimuma endirilib.
Tarixçilər hesab edir ki, məşhur bəstəkar Bethoveni məhz salisin öldürüb. O, bu maddəni yüksək dozalarda qəbul edirdi. Meyitin yarılması göstərmişdi ki, onun böyrəkləri sıradan çıxıb. Bu, tibdə salisinin belə təsiri barədə ilk qeyd idi.
2. Antibiotiklər
Çoxunuz bilirsiz ki, antibiotiki ilk dəfə təsadüfən kəşf ediblər. Aleksandr Fleminq 1928-ci ildə laboratoriyada çirkli kolbaları qoyub tətilə gedib, qayıdanda Penisillium adlı kif göbələyinin stafilakokk bakteriyalarını öldürdüyünü görür. İlk antibiotik penisillin belə yarandı.
Ona görə antibiotik də təbiətin bəxşişidir.
3.Anestetiklər
İlk yerli keyidici vasitə kokain olub. Onu dərman kimi kokain kolunun yarpaqlarından alırdılar. Yerli hindu qəbilələri bu yarpaqları çeynəyirdilər. XIX əsrdə avropalı alimlər kokain ilə maraqlanır, ondan alınan kristalları ağıza qoyanda dil müvəqqəti keyiyirdi.
İlk dəfə oftalmoloq Keller kokaini göz əməliyyatı zamanı ağrıkəsici və keyidici kimi istifadə edib. Lakin bu preparatın narkotik asılılıq yaratdığını görən alimlər onu daha təhlükəsiz həddə gətirərək, benzokain, daha sonra novokaini hazırladılar.
4.Xinin
Malyariyanın müalicəsi üçün effektiv dərmandır. 300 ildir ki, malyariyanın müalicəsində istifadə olunur. Xinin ağacının gövdəsindən alınır. 1820-ci ildə alimlər malyariya oyadıcılarını məhv eədn Xinin preparatını bu ağacdan almağı bacardılar. İndi Xinin əvəzinə birinci artemizinin istifadə olunur. O, Çində bitən bir bitkidən alınıb.
5.Kimyaterapiya
Adı kimya olsa da, bəzi kimyaterapiya dərmanları natural tərkibdədir. Trabektedin adlı dərman dəniz heyvanından alınıb. Yumurtalıq şiş hüceyrələrinin böyüməsinə qarşıdır.
Sulforafan - xaçkimilər bitkilərində olan maddədən hazırlanıb. Bu maddə brokkoli kələmində çoxdur. Sulfofaran DNT-ni mutasiyadan qoruyur, orqanizmi bəd və xoşxassəli şişlərdən və metastazlardan qoruyur.
Ona görə dədə-babalarımız qədimdə kimyəvi dərmanlardan uzaq idi düşünməyini səhvdir. Kimyanı elə onlar bizdən yaxşı bilirdilər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 01 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun en yeni xeberler metbuat xeberleri valyuta