"Desəm ki, İrəvan Azərbaycanındır, bunu necə qəbul edərsiniz?" - Erməni general
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Tiqran Xaçatryan Ermənistanla Azərbaycan arasında delimitasiya prosesinin başlanmasına və Ermənistan hakimiyyətinin Azərbaycana verilməsi planlaşdırılan 4 kəndlə bağlı bəyanatına münasibət bildirib.
KONKRET.az-ın məlumatına görə, Xaçatryan bildirib ki, bu cür bəyanatla hakimiyyət bir gün İrəvanı təslim edə və Ermənistan ərazisi olmadığını deyə bilər
"Mən sizə desəm ki, İrəvan Azərbaycanındır, bunu necə qəbul edərsiniz?" – deyə erməni general sual verib.
Xaçatryanın sözlərinə görə, problem ondadır ki, proses Azərbaycanın diktə etdiyi tələblərin yerinə yetirilməsi ilə davam edir.
O, ölkə Prezidenti İlham Əliyevin bundan sonra da istənilən tələbləri irəli sürəcəyini və hər şeyin indiki kimi davam edəcəyi təqdirdə uğur qazanacağını vurğulayıb.
Xaçatryan hakimiyyətdə başqa qüvvələr olarsa, prosesi dayandırmaq olarmı sualına belə cavab verib.
"Burada digər səlahiyyətlilərin əhəmiyyəti yoxdur. Düşüncə, yanaşma və ideyalar vacibdir. Əgər digər qüvvələr hakimiyyətə gəlsə və bu hakimiyyətin başlatdığı prosesi davam etdirsə, bunun nə fərqi var?". – Xaçatryan bildirib.
Günel Mikayılova,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi