DİQQƏT! "Öldürür" - "İnsan sağlamlığı arxa, pul qazanmaq istəyi ön plandadır" - XƏBƏRDARLIQ
Zaman-zaman cipsilərin və buna bənzər məhsulların insan sağlamlığına zərərli olması haqda fikirlər səsləndirilir. Lakin insanlar bu fikirlərə məhəl qoymayaraq belə zərərli məhsulların istehlakını artırırlar. Ancaq mütəxəssislər "həyəcan təbili çalırlar" və insanları bu cür məhsullardan uzaq durmağa çağırırlar.
Cipsilərin insan sağlamlığına ziyanı ilə bağlı KONKRET.az-a danışan qida üzrə mütəxəssis İlkin Şirinov bildirib ki, orqanizmə ziyan vuran bu cür məhsulların satışı azalmaq əvəzinə, əksinə çoxalır:
"Cipsilərin və bu kimi məhsulların həddən artıq istehlakı xərçəngə, şəkərli diabetə, ürək-damar xəstəliklərinə, mədəbağırsaq pozğunluğuna yol açır. Buna baxmayaraq valideynlərinin yanında körpə uşaqların əlində bu cür qidalar gördükdə təəccüblənməmək olmur. Cipsinin kalorili olması onu hazırlayarkən çoxlu miqdarda yağdan istifadə edilməsindən irəli gəlir. Həddindən artıq yağ kütləsini özündə birləşdirən bu məhsul mütəmadi istifadə edilən insanlarda piylənməyə gətirib çıxarır. Düynanın müxtəlif ölkələrində sağlamlıq sahəsində çalışan alimlər cipsi paketlərinin üzərinə "öldürür" sözünü yazmağı təklif ediblər. Həmçinin bu məhsulların istehsalında istifadə olunan kimyəvi qatqılar, rəngləndirici və dadlandırıcılar birbaşa organizmdə xərçəngin yaranmasına şərait yaradır. Müxtəlif cipsi növlərinin üzərində bəzən "kabab dadlı", "pendir ətirli" yazılar olur. Bu, müştərilən aldığı məhsuldan şikayət etməsinə yol açan əsas faktordur. Çünki aldığı məhsulun kabab dadı vermədiyini görən müştəri istər-istəməz narazı qalır. Burada isə səbəb çox sadədir. Məhsulun maya dəyəri aşağı düşsün deyə istifadə olunan ucuz qatqılar, rəngləndirici və dadlandırıcılar yanlış təəssüratın yaranmasına səbəb olur. Məqsəd isə ortadadır: İnsan sağlamlığı arxa, pul qazanmaq istəyi isə ön plandadır".
Müşviq Tofiqoğlu
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…