Dünya "D" vitamini çatışmazlığı ilə üz-üzədir? - Həkimlər XƏBƏRDARLIQ EDİR
Hal-hazırda bütün dünyada insanlarda D vitamini çatışmazlığı var. Səbəbi isə təəssüf ki, bilinmir. Təbiətin oyandığı vaxt, yaz fəsli insanlar üzərində tam əks təsir yaradır. Yorğunluq, halsızlıq və əzginliklə özünü biruzə verən yaz yorğunluğu baş, boyun, kürək və bel ağrılarına da səbəb olur. Yaz gələndə günlər uzanır, havanın temperaturu yüksəlir və orqanizm bu dəyişikliyə uyğunlaşmaqda çətinlik çəkir. Yaz yorğunluğu adətən günorta və axşama doğru hiss olunur. Eyni zamanda diqqət və yaddaş zəifləyir.
Bəs Yaz yorğunluğuna səbəb nədir?
Mövzu ilə bağlı həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla KONKRET.az-a açıqlamasında bildirib ki, qışdan yaz fəslinə keçid etdikdə insanlarda müəyyən qədər vitamin çatışmazlığı yaranır. Ona görə də müəyyən yorğunluq halları baş verir.
"Hal-hazırda bütün dünyada D vitamini çatışmazlığı var. Səbəbi isə təəssüf ki, bilinmir. Bu da yorğunluğa səbəb olan haldır. İnsanların açıq havaya çıxmamaları, günəşdə gəzməmələri yorğunluğun artmasına gətirib çıxarır. Fəsil dəyişməsi ilə əlaqədar olaraq insan orqanizmində də müəyyən dəyişikliklər baş verir. Bunun özü də müəyyən qədər orqanizmin əvvəlki stabil vəziyyətindən başqa duruma keçməsini göstərir."
Həkim qeyd edir ki, gün ərzində 2 litr su içmək, kifayət qədər vitamin, mineral və antioksidant tərkibli qidalar yemək əhəmiyyətlidir. Yaz aylarında gəzmək, qaçış, üzmə kimi mütəmadi məşqlər etməli, kifayət qədər yatmalı, işləmə-dincəlmə araları və istilik dəyişimlərinə diqqət edilməlidir.
Aynurə İsmayıl
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü