Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf edib
Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib.
KONKRET.az "News.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib.
Məlumata görə, Ermənistan baş verən hadisədən təəssüfləndiyini söyləyib.
Eyni zamanda faktla bağlı cinayət işi açıldığı vurğulanıb.
Qeyd edək ki, aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Report"a bildirilmişdi ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb. (Report)
Turlar.az [newsid: 0-123300]

Azər Türk Bank dayanıqlı bankçılıq sahəsində beynəlxalq mükafata layiq görüldü
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurdu
Türkiyə millisində ilk: Arda Gülər tarixə düşdü
Montella: Bu qələbəni qazanmaq çox vacib idi
Futbol üzrə növbəti dünya çempionatı Azərbaycanda keçiriləcək
DÇ-2026: Türkiyə son oyununa çıxır
Gələn həftə AB ilə bu xəbəri elan edəcəyik - Paşinyan
Ermənistan parlamentinin yeni sədri o olacaq
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - FOTO
Bakıda "Rənc Rover" ağır qəza törətdi: ölən var
Neymar 980 gündən sonra Braziliya millisində meydana qayıtdı
Tovuzda kişi anasına əsəbiləşdi, orta məktəbə gəlib arvadını döydü
"Qarabağ"dan bu yayın 6-cı transferi - Rəsmi