"Ermənistan və Azərbaycan arasında sülhü təmin etmək üçün imkanlar mövcuddur"

Ermənistan və Azərbaycan arasında davamlı sülhü təmin etmək üçün imkanlar mövcuddur.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın sözçüsü məlumat verib.
Bildirilib ki, Aİ İrəvanın Bakıya göndərdiyi son təkliflər də daxil olmaqla tərəflər arasında məsələ ilə bağlı layihə mətnlərinin davamlı mübadiləsini müsbət qiymətləndirir:
"Biz hər iki tərəflə daimi təmasdayıq. İnanırıq ki, tərəflər arasında, xüsusən də Prezident Mişel tərəfindən ən yüksək səviyyədə dəstəklənən, bir neçə il davam edən danışıqlar və müzakirələrdən sonra Ermənistan və Azərbaycan arasında davamlı sülhü təmin etmək üçün elementlər mövcuddur".
Xüsusi nümayəndənin yaxın dövrdə Azərbaycan və Ermənistana səfər edib-etməyəcəyinə gəldikdə isə diqqətə çatdırılıb ki, Toyvo Klaar tez-tez regiona səfər edir, normallaşma prosesini və sülh gündəmini irəli aparmaq üçün bundan sonra da səfərləri davam etdirəcək.
Qeyd edək ki, Toyvo Klaar aprelin 10-u Brüsseldə "Azadlıq Radiosu"nun erməni xidmətinə müsahibə verib və müsahibə zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının çox vaxt almayacağını düşündüyümü deyib. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi regionda normallaşma prosesini dəstəklədiyini və bunun üçün Bakı və İrəvanla birgə işləmək istədiklərini vurğulayıb. (Report)

Siyasi       Tarix: 13 aprel 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimlə ölçülmür. Bu tarixlər dövlətin keçdiyi yolun, xalqın iradəsinin və gələcəyə baxışının ifadəsinə çevrilir. 20 Sentyabr da məhz belə günlərdəndir. 2023-c

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. xəbər verir ki


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeberler azerbaycan son xeber bugun cəbhədən şad xəbər cəbhədən video