"Əşşi mənim heç vecimə də deyil" – Rasim Musabəyovdan Başkəndlə bağlı NÖVBƏTİ AÇIQLAMA

" class="imgbcode" />"Bir qrup az tanınan saytlar birinci Qarabağ müharibəsi zamanı qoşunlarımız tərəfindən işğal olunmuş Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistana verilməsi təklifini mənə aid edərək "stəkanda fırtına" yaratmağa çalışdılar. Deyirlər ki, İctimai Televiziyanın bazar günü proqramına şərhimdə Başkənd kəndinin strateji əhəmiyyət kəsb etmədiyini deməklə ölkəmizin mənafeyinə xələl gətirmişəm".
KONKRET.az xəbər verir ki, bu fikirləri deputat Rasim Musabəyov öz feysbuk hesabında qeyd edib.
Deputatın sözlərinə görə, Ermənistanın nəzarətində qalan dörd Azərbaycan eksklavı (Ölkəsinin əsas ərazisindən aralda olan və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan qeyri-suveren region – red.) ərazi baxımından keçmiş Ermənistanın Başkənd anklavı (Bir dövlətin ərazisinin başqa bir və ya bir neçə dövlətin quru ərazisi ilə əhatə olunması -red.) ilə müqayisə olunsa da, İrəvanı İranla birləşdirən yol Kərkidən, Ermənistanı Gürcüstanla birləşdirən əsas magistral isə Yuxara Əskəpardan keçir: "Başkəndin yalnız rayon yollarının kəsişməsində yerləşdiyi halda kəndlərimizin strateji əhəmiyyəti danılmazdır. İşğal olunmuş Azərbaycan anklavları keçmiş Ermənistan anklavı Başkənddən daha qiymətlidir".
R.Musabəyov qeyd edib ki, bu hal gələcək Ermənistan-Azərbaycan danışıqlarında mütləq şəkildə eksklav kəndlərinin taleyi həll edilərkən nəzərə alınmalıdır və Başkəndin Ermənistana verilməsindən söhbət getmirdi: "Mən sadəcə olaraq vurğuladım ki, Azərbaycanın eksklavlarla bağlı danışıqlarda mövqeyi Ermənistanın mövqeyindən güclüdür. Ancaq bəziləri üçün həqiqətdən uzaq olsa belə, cəlbedici başlıq daha vacibdir".
Deputat saytımıza da dediyi fikirləri təsdiqləyib: "Kim istəyir, nə istəyir yozsun. Əşşi gedib yozsunlar da mənim 74 yaşım var. Mənim heç vecimə də deyil o saytlar nə yazır".

Siyasi       Tarix: 30 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 azerbaycan son xeberler bu gun beynelxalq bank mezenne cəbhədən ən son xəbərlər