FHN-in idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin rəisi Elnar İmanovla Dövlət Əmək Müfəttişliyi Xidməti arasında qalmaqal yaranıb.
KONKRET.az-a daxil olan məlumata görə, buna səbəb dövlət xidmətinin Elnar İmanovu cərimələməsidir.
Bildirilir ki, idarə rəisinə İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə cərimə yazılıb. Bu maddə işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsi ilə bağlıdır. Bu maddədə vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək cərimə edilməsi nəzərdə tutulur.
Elnar İmanov dövlət xidmətinin qərarı ilə razılaşmayaraq məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Abşeron Rayon Məhkəməsində baxılacaq. İş hakim Vaqif Həsənovun icraatındadır. Mayın 10-na iş üzrə məhkəmə baxış iclası təyin edilib.
Elnar İmanov ötən ilin sentyabrında FHN-in idarə rəisi təyin edilib. Bundan əvvəl o, nazirliyin Maliyyə-iqtisadiyyat Baş İdarəsinin rəis müavini və baş zabiti vəzifəsində çalışıb. (qaynarinfo)

Turlar.az [newsid: 0-123300]

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev