Gizli infarkt necə olur– Niyə onu hiss etmirik?

Gizli infarkt necə olur– Niyə onu hiss etmirik?Harvard universitetinin alimləri bildirir ki, hazırda ürək tutması keçirən insanların yarısı gizli və ya lal infarkt keçirir. Bu infarkt növü kardioloqların təxminlərindən də çox və tez-tez baş verir. Daha çox orta yaşlı kişilərdə rast gəlinir.
Milli.Az medicina.az-a istinadən gizli infarktın səbəb və əlamətlərini təqdim edir.
Gizli infarktın əlamətləri kəskin infarktdan o qədər zəif və az müddət keçir ki, xəstə sadəcə ürəyinin sancdığını düşünür və bir müddət sonra bunu unudur, ciddi qəbul etmir.
Məsələn, gizli infarkt qəfil halsızlıq, qollarda uyuşma, gücsüzlük, qəflətən nəfəsin azca çatışmaması, ya da kürəkdə sancı kimi özünü büruzə verə bilir. İnsan bunu fiziki yorğunluğa, əzələ ağrısına, yuxusuzluğa yozur. Bİr çoxları isə artıq qocalığın əlamətidir düşünür. Bəzən boğazda düyün, ağrı, sinədə göynəmə olur, bunu isə mədə qıcqırması ilə səhv salırlar.
Adətən insan ürək tutmasını soldan gözləyir, amma bəzən infarkt ürəyin döş qəfəsinin sağa doğru hissəsində baş verərsə ağrı sağa və ya bütünlükdə döş qəfəsi mərkəzinə yayıla bilər.
Hansı əlamətlər gizli infarktdan şübhələndirməlidir:
-Mədənin üstü, altı, sinənin düz mərkəzində sanki basıcı, sıxıcı ağrı, narahatlıq - bir neçə dəqiqə çəkir və gün boyu bir daha təkrarlanmır
-Ümumilikdə bədənin yuxarı hissəsində narahatlıq - boyun, çənə, çiyin, qollar, kürək, boğaz və s
-Dərindən tənəffüsdə sanki sinədə sıxılma
-Dayandırğı yerdə qəfil soyuq tərin gəlməsi, başgicəllənmə, ara sıra ürəkbulanma
Bəzən isə xəstə heç bunları da hiss etmir. Ona görə kişilər hər il ürəklərini kardioqramma və EXQ etdirməlidir.
Alimlər 2000 kişi və qadını 45-84 yaş arası müayinələrini analiz edib, onlarda əvvəl ürək-damar problemi yox idi. 10 il sonra təkrar olaraq bu pasiyentlərə ürəyin MRT-si olunub. Onların 8%-də ürəyində infarkt izi olan çapıq aşkarlanıb. Halbuki bu şəxslər  infarkt olduqlarını heç bilməyiblər.
Kişilər qadınlardan 5 dəfə çox gizli infarkt keçirir.
Gizli infarkt riskini nə yaradır:
Siqaret, artıq çəki, fiziki hərəkətsizlik, yüksək təzyiq, şəkərli diabet, stress, xolesterin, lipid mübadiləsi pozulması, irsi amillər
Gizli infarktdan sonra ürəkdə çapıq yaranır, ürək əvvəlkindən daha pis çalışır. Xəstə müayinə, müalicə olunmadıqda, təkrar və daha ağır tutma olur.
Alimlər mədə hissəsində yanma, göynəmə, "izjoqa", təngnəfəslik, xroniki yorğunluğu olan hər kəsi ürəyin USM-ini etdirməyə çağırır. Eləcə də infarkt olub olmamasını Troponin T qan analizi ilə təyin etmək olur.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 03 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


yeni xeberler azerbaycan xeberleri son xeberler hava durumu son xeberler bu gun xeberler bugun 2026 cəbhədən son xeber