Gün ərzində hər kiloqram çəkiyə 30 millilitr su qəbul edilməlidir

Gün ərzində hər kiloqram çəkiyə 30 millilitr su qəbul edilməlidirHəkimlərin dediyinə görə, orqanizmin 70, qanın 90 faizini su təşkil edir. Sudan az istifadə edilməsi ciddi sağlamlıq problemlərinə səbəb olur. Pandemiya dövründə gündə altı-yeddi dəfə su içilməsi immunitetə yaxşı təsir edir.
Tərləyərkən bədəndəki su nisbəti 1 faiz azalır və nəticədə susuzluq əmələ gəlir. Bu zaman boğaz quruyur və su içmək istəyi yaranır. Orqanizmin gündəlik su tələbatı çəkiyə uyğun olaraq hesablanır. Belə ki, gün ərzində hər kiloqram çəkiyə 30 millilitr su qəbul edilməlidir. Onun miqdarı ilin fəsillərinə və qidaya görə dəyişə bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlunun dediyinə görə, orqanizmdə gedən gündəlik metobolik proseslər nəticəsində qalıq məhsullar, yəni toksinlər yalnız su vasitəsilə xaric olunur. Metobolik proseslər maye mühitdə faydalı maddələrin hüceyrəyə daxil olması və ziyanlı maddələrin xaric edilməsinə xidmət edir.
Su təkcə daxili deyil, zahiri gözəllikdə də mühüm əhəmiyyət kəsb edir. Gün ərzində vaxtlı-vaxtında su qəbul edilməsi dərinin daha parlaq və təravətli olması üçün vacibdir.
Həkim-fitoterapevt deyib: "Su dəriyə nəmlik və elastiklik verir, kollagen sintezini aktivləşdirir. Suyu az qəbul edənlərdə dəri xəstəliklərinin əmələgəlmə riski çox olur və onlarda allergik və qabıqlanma ilə gedən dəri xəstəlikləri müşahidə edilir. Qəbul edilən suyun çox hissəsi günün birinci yarısında yeməkdən yarım saat əvvəl içilməlidir. Ürək-damar xəstələri, hipertoniya, qalxanvari vəz və böyrək çatışmazlığı olanları ödemlərə meyilli olurlar və ona görə onlar qəbul etdikləri suyun miqdarını nəzərə almalıdırlar".
Lakin suyu çox soyuq içmək olmaz. Soyuq su ağız boşluğunun selikli qişasına mənfi təsir göstərir. Eyni zamanda, həzm sisteminin funksiyası da pozulur, xüsusilə də yemək zamanı soyuq su içmək zərərlidir. Müsahibimizin dediyinə görə, yemək zamanı soyuq su içmək mədədə olan qidanın sürətlə qovulmasına və aclıq hissinin daha tez yaranmasına səbəb olur. Təbii ki, bu da öz növbəsində, piylənməyə aparıb çıxarır.
Suyun çox soyuq içilməsi ürək-damar sistemində də ciddi problemlər yaradır, həmçinin başağrısı, miqreni olanlar üçün də zərərlidir: "Otaq temperaturunda olan suyun içilməsi daha yaxşıdır. İsinmiş orqanizmin ona uyğun temperaturda su qəbul etməsi daha məqsədəuyğundur. Dişlərin sağlamlığını qorumaq üçün də soyuq su içməmək lazımdır, çünki bu zaman diş emalı zədələnir və karies yaranır", - deyə həkim-fitoterapevt bildirib.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 24 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət dunyada son xeberler son xeberler bugun 2026 azerbaycan cəbhədən son xəbərlər 2026