Günorta yuxusunun faydası daha çoxdur - Mütəxəssislər

Günorta yuxusunun faydası daha çoxdur - MütəxəssislərMütəxəsisslər sağlam və uzun ömürlü olmaq üçün yuxunu əvəzedilməz hesab edirlər. Dünyanın ən nüfuzlu həkimlərinin fikrincə, yetişkin insanlar da eynilə körpələr kimi günorta yuxusuna ehtiyac duyurlar. Ancaq müasir həyat şəraiti, iş rejimi və digər səbəblərdən bu yuxu ehtiyacı ödənilmir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, 7-dən 70-ə hər kəsin ehtiyacı olan yuxu gündüz saatlarında daha təsirli olur.Mütəxəssislər uşaqların inkişafında, yeniyetmələrin isə daha da məhsuldar işinə müsbət təsiri olan günorta yuxusunu tövsiyə edirlər. Günorta yuxusunun, ən azı gecə yuxusu qədər insan bədəninə faydası vardır.
Gecə kifayət qədər yatmış, gündüz də günorta yuxusu yatan bir adamın bədəni təzələnir, performansı artır, düşünmə və problem həlletmə qabiliyyəti sürətli olar. Gün içərisində iki dəfə bədən istiliyi düşür. Biri səhərə qarşı 03:00 sıralarında, digəri isə günortadan sonra 14:00-15:00 saatları arasında olur.
İnsanların günorta yeməyini düşündüyü vaxt əslində bədənin yuxuya ən meylli olduğu zamandır. Bu saat silsilələri yuxunun ən keyfiyyətli olduğu zamandır. Keyfiyyətli yuxu insan bədəninə uzun müddət yatmaqdan çox daha çox fayda verir. İmkanı olan hər kəsin günorta yuxusuna yatması məsləhətdir. Ancaq xüsusilə uşaqların günorta saatlarında mütləq yatmaları lazımdır.
Uşaqlıq çağında günorta saatlarında alınan keyfiyyətli yuxu, beyin və bədənin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Çünki yuxu böyümə baxımından çox əhəmiyyətlidir. Uşaqların təxminən 1-2 saat günorta yuxusuna ehtiyacı vardır. Yeniyetmələr üçün isə 15-20 dəqiqə kifayətdir.
Alimlər günorta yuxusunun faydalarını aşağıdakı kimi sıralayıblar:
15-20 dəqiqəlik yuxu
Günortalar 15-20 dəqiqə yatsanız, bütün gün özünüzü daha gümrah hiss edəcəksiniz. Bu müddət sizə qısa görünə bilər, ancaq mütləq faydasını görəcəksiniz.
30 dəqiqəlik yuxu
Yarım saatlıq yuxu bədənin enerjisini artırır. Özünüzü daha dinc və sakit hiss etmənizə kömək edir.
45 dəqiqəlik yuxu
Bu yuxu qan təzyiqini aşağı salır. Yaddaşın güclənməsinə kömək edir. Xüsusilə, imtihanlara hazırlaşanlar mütləq günortalar 45 dəqiqə yatmalıdırlar.
60 dəqiqəlik yuxu
Aparılan araşdırmalar göstərib ki, 1 saatlıq yuxu insan orqanizminə eynilə, 1 fincan qəhvə kimi təsir göstərir. Bu da o deməkdir ki, günorta 1 saat yatdıqda, beyin bütün prosesləri daha sürətli şəkildə həyata keçirir. Diqqət artır, yaddaş güclənir.
90 dəqiqəlik yuxu
Əslində günorta bu qədər yatmağa ehtiyac yoxdur. Mütəxəssislər 90 dəqiqəlik yuxunu sadəcə isti və ya başqa səbəblərdən gecə rahat yata bilməyənlərə və gün ərzində özlərini yorğun hiss edənlərə tövsiyə edirlər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 03 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


yeni xeberler azerbaycan xeberleri son xeberler hava durumu son xeberler bu gun xeberler bugun 2026 cəbhədən son xeber