Həkim məsləhəti olmadan içilən dərmanlar uşaqların ÖLÜMÜNƏ SƏBƏB OLA BİLƏR – Pediatr

Həkim məsləhəti olmadan içilən dərmanlar uşaqların ÖLÜMÜNƏ SƏBƏB OLA BİLƏR – PediatrPandemiya dövründə hər kəs özü özünə həkimlik etdi. Həmin ərəfədə əksər insanlar ev şəraitində müalicə alaraq sağaldı. Lakin bu hal əhali arasında mənfi tendensiyanın formalaşmasına səbəb oldu.
Belə ki, vətəndaşlar artıq həkimə müraciət etmədən, təsadüfi dərmanlarla özünü müalicəni vərdiş halına çevirib. Valideynlər hətta öz uşaqlarını da ev şəraitində müalicə etməyə çalışır.
Bəs görəsən ev şəraitində özbaşına müalicənin hansı fəsadları ola bilər? Valideynlər nələrə diqqət etməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan həkim-pediatr Xəyalə Quliyeva bildirib ki, öskürək əleyhinə özbaşına dərman qəbulu geniş yayılıb:
"Son dövrlərdə müxtəlif xəstəliklərin ev şəraitində müalicəsi geniş yayılıb. Təəssüf ki, bir çox valideynlər öz övladlarına həkim məsləhəti olmadan dərmanlar verir. Lakin həmin analar bilmir ki, bununla övladına necə böyük pislik edirlər. Pediatr kimi özbaşına və ev şəraitində müalicənin qəti əleyhinəyəm. Həkim məsləhəti olmadan öskürək əleyhinə müxtəlif preparatların qəbulu dəb halını alıb. Gənc analar sosial şəbəkələrdə paylaşım edib, kimlərdənsə məsləhət alır. Öskürəyin səbəbi fərqli ola bilər. Öskürək pnevmoniya, vərəm, allergik fon və s. səbəbdən yarana bilər. Müalicə buna uyğun tətbiq olunmalıdır".
Həkim məsləhəti olmadan içilən dərmanlar uşaqların ÖLÜMÜNƏ SƏBƏB OLA BİLƏR – PediatrPediatrın fikrincə, belə müalicələr azyaşlı uşaqların ölümünə səbəb ola bilir:
"Xüsusilə iki yaşına qədər olan uşaqların valideynləri diqqətli olmalıdır. Bu yaş dövründə olan uşaqlara təsadüfi dərman preparatları vermək qətiyyən olmaz. Lakin övladına bu pisliyi etməkdən qorxmayan analar təəssüf ki, çoxdur. Belə özbaşına müalicələr uşağın bəlğəm ifrazının artmasına və boğulmasına səbəb olur. Həkim müayinəsi olmadan uşaqlara heç bir halda hansısa dərman vermək olmaz".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Sağlamlıq       Tarix: 23 may 2022
f Paylaş

Oxşar xəbərlər

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər hava durumu xeber saytlari bu gunun xeberleri