"Həmin gün dronlara görə..." - Rusiya tərəfi açıqladı
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin ("Rosaviasiya") rəhbəri Dmitri Yadrov dekabrın 25-də Aktau yaxınlığında Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğramasının bəzi detallarını açıqlayıb.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yadrov təyyarənin uçuşu zamanı Qroznı səmasında vəziyyətin çətin olduğunu bildirib.
"Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları ilə hücuma görə Qroznıda "Ковер" planı tətbiq edilib, bundan əlavə, hava limanında sıx duman müşahidə edilirdi. Hava gəmisinin komandiri təyyarəni endirməyə iki dəfə uğursuz cəhd edib. Ona digər hava limanlarında yerə enmək təklif edilsə də, o, Aktauya getməyə qərar verdi", - deyə Yadrov qeyd edib.
Onun sözlərinə görə, Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmada Azərbaycan və Qazaxıstana hərtərəfli dəstək göstərəcək.
Qeyd edək ki, "Ковер" planı naməlum müddətə hava limanının uçuş qəbul etməsinə və yola salmasına məhdudiyyətlərin tətbiq edilməsini nəzərdə tutur.
Xidmetler [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi