İlham Əliyev Braziliya prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Braziliya Federativ Respublikasının vitse-prezidenti Jeraldu Alkmin ilə görüşüb.
azxeber.com xəbər verir ki, Jeraldu Alkmin Braziliya Prezidentinin salamlarını dövlət başçısına çatdırıb, Luiz İnasio Lula da Silvanın səhhəti ilə əlaqədar COP29-da iştirak edə bilmədiyini qeyd edib.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Braziliya Prezidentinə çatdırmağı xahiş edib, Luiz İnasio Lula da Silvanın tezliklə sağalmasını arzulayıb.
Prezident İlham Əliyev Braziliya dövlətinin başçısını Azərbaycana rəsmi səfərə dəvət edib.
Bakının gözəlliyinin onlarda xoş təəssürat hissi yaratdığını deyən qonaq COP29-un yüksək səviyyədə təşkil edilməsi və uğurlu təşkilatçılıq münasibətilə təbriklərini çatdırıb.
Jeraldu Alkmin Azərbaycanın və Braziliyanın "Troyka" çərçivəsində COP və iqlim dəyişmələri ilə bağlı əməkdaşlığına toxunub. O, Azərbaycanla ikitərəfli münasibətlərin, həmçinin iqtisadi-ticari, kənd təsərrüfatı, sərmayələr sahələrində əlaqələrin inkişafına böyük əhəmiyyət verdiklərini deyib.
Söhbət zamanı iqtisadi-ticari məsələlər üzrə işçi qrupun yaradılması, sərmayələr, birgə istehsal müəssisələri, turizm, birbaşa hava əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri