IV Bakı Beynəlxalq Humanitar Forumunun yekununda Bəyannamə qəbul edilib

IV Bakı Beynəlxalq Humanitar Forumunun yekununda Bəyannamə qəbul edilibIV Bakı Beynəlxalq Humanitar Forumunun yekununda Bəyannamə qəbul edilib.
"Report" Bəyannamənin mətnin təqdim edir:
"Biz, 2014-cü il 2-3 oktyabr tarixlərində Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün müxtəlif ölkələrdən toplaşmış siyasət, elm və mədəniyyət xadimləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını alqışlayaraq;
ahəngdar davamlı inkişafın təmin edilməsi, dünyada artan siyasi və hərbi münaqişələrin qarşısının alınması məqsədilə beynəlxalq humanitar əməkdaşlığın və effektiv tərəfdaşlığın bu sahədə daim artan əhəmiyyətini nəzərə alaraq;
Birləşmiş Millətlər Təşkilatının "Minillik Bəyannaməsi"ni və onun 2015-ci ildən sonrakı dövr üçün regional, iqtisadi, sosial və gender inkişafı sahəsində dünyada müşahidə olunan bərabərsizliyin aradan qaldırılmasına yönəlmiş gündəliyini rəhbər tutaraq;
istehlakın fasiləsiz artırılması hesabına iqtisadiyyatın stimullaşdırılması üsullarının davamlı inkişaf prinsipləri ilə ziddiyyət təşkil etdiyinə, ciddi resurs, etik, humanitar məhdudiyyətlərlə üzləşdiyinə və qarşısıalınmaz qlobal ekoloji problemlərə gətirib çıxardığına diqqəti yönəldərək;
müasir biliklərə, insan potensialına və ekoloji sivilizasiya prinsiplərinə əsaslanan uzunmüddətli davamlı inkişafın təmin edilməsinə töhfə verməyə çalışaraq;
qloballaşma şəraitində ümumi gələcəyimizin formalaşmasının səmərəli elmi əsaslara söykənən və humanitar etikanın prinsiplərini nəzərə alan intellektual, mədəni, sosial insan potensialının səfərbər edilməsi və planetimizdəki mövcud təbii müxtəlifliyin qorunması yolu ilə təmin olunmasını etiraf edərək;
XXI əsrin çağırışlarına müasir elmi və ənənəvi biliklərin yalnız informasiya texnologiyaları ilə geniş inteqrasiyası şəraitində səmərəli cavabın mümkünlüyünü, eyni dərəcədə onların qlobal və milli səviyyələrdə geniş istifadə imkanlarını nəzərə alaraq;
ictimaiyyətin məlumatlılığının artırılmasında, humanitar inkişaf sahəsində vəzifələrin həyata keçirilməsi və planlamada iştirakın genişləndirilməsində vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin xüsusi rolunu vurğulayaraq;
siyasi, mədəni və elmi elitanı, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələrini inkişaf proseslərinin davamlılığının təmin olunması məqsədilə humanitar əməkdaşlığı daha da gücləndirməyə çağıraraq;
resursların məhdudluğu şəraitində onların davamlı inkişaf və humanitar etika prinsiplərinə əsaslanan optimal istifadəsinin qazanılmış nailiyyətlər zəminində aktiv fəaliyyəti nəzərdə tutduğunu dərk edərək;
- Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru
- Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri
- İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu
- Davamlı inkişaf və ekoloji sivilizasiya
- Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında
- Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər
- Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları
- Humanizm postmodern dövrün başlıca dəyəri kimi
problemlərini geniş fikir mübadiləsi çərçivəsində nəzərdən keçirərək,
beynəlxalq humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin müasir çağırışlara və təhdidlərə effektiv cavab olduğunu, indiki və gələcək nəsillərin rifahının təmin olunmasına yönələn müasir idarəetmə və istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsinə imkan yaratdığını təsdiq edirik;
Azərbaycan Respublikasının təşəbbüsü ilə keçirilən ənənəvi Bakı Beynəlxalq Humanitar Forumunun postmodern dövrün əsas dəyəri kimi humanist təcrübəyə əsaslanan multikulturalizmin inkişafına mühüm töhfə verdiyini qeyd edirik;
son illər ərzində Azərbaycan Respublikasında, eləcə də bir sıra ölkələrdə davamlı inkişaf proseslərinin planlaşdırılması və idarə olunması sahəsindəki əhəmiyyətli irəliləyişin beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapdığının şahidi oluruq;
istehlak cəmiyyətinin səmərəli kafilik səviyyəsində bir humanist istehlak cəmiyyətinə çevrilməsi və eyni dərəcədə ekoloji sivilizasiyanın tələblərinə cavab verən həyat tərzinə nail olunması üçün beynəlxalq əməkdaşlığın gələcək inkişafının vacibliyini xüsusi vurğulayırıq;
ən yeni elmi nailiyyətlərə əsaslanan nanotexnologiyaların və biotexnologiyaların tətbiqinin, eləcə də ərzaq və dərman təhlükəsizliyinin təmin olunması üçün müasir və ənənəvi texnologiyaların konvergensiyasının, insanların uzunömürlülük potensialının gerçəkləşdirilməsinin və həyat keyfiyyətinin yüksəldilməsinin əhəmiyyətini qəbul edirik;
fənlərarası da daxil olmaqla ən yeni bilik və bacarıqların fasiləsiz təhsil proqramları ilə inteqrasiyasının, eləcə də bu sahədə əməkdaşlığın genişləndirilməsi vasitəsilə insan potensialının inkişafının davamlı inkişafın ən mühüm humanitar meyarı olduğunu etiraf edirik;
humanitar inkişafın məqsədlərinə nail olunmasında kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin məlumatlılığın yüksəldilməsi və inkişafın humanitarlaşdırılması proseslərində iştirakının genişləndirilməsi yolu ilə getdikcə artan rolunu nəzərə çarpdırırıq;
humanitar inkişaf sahəsində ixtisaslaşmış müxtəlif beynəlxalq və milli qurumları tolerantlıq, qarşılıqlı ehtiram mühitinin formalaşdırılması və müasir qlobal, lokal çağırışların həllinə yönəlmiş müntəzəm forum, konfrans, müzakirə və dəyirmi masalar təşkil etməyə çağırırıq;
bu kimi forumların hər il keçirilməsi zərurətinə əminliyimizi ifadə edərək Azərbaycan Respublikasının Prezidentinə və Hökumətinə, Heydər Əliyev Fonduna, Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına belə mötəbər və səmərəli tədbir keçirdiklərinə görə dərin minnətdarlığımızı bildiririk;
bu Bəyannamənin qəbul edilməsini və humanitar inkişaf sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə istifadəsini vacib sayırıq".

Siyasi       Tarix: 03 may 2024
f Paylaş

Oxşar xəbərlər

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbər cəbhədən ən son xəbərlər son xeberler bugun 2026 azerbaycan kriminal xeberler