Kim Çen Inın bacısı Amerikanı hədələdi
"ABŞ və müttəfiqləri təhlükə altında olacaq".
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini, Kim Çen Inın bacısı Kim Yo Conq bildirib.
O vurğulayıb ki, "Pxenyan hərbi gücünü gücləndirmək niyyətindədir. Bu yolda Şimali Koreyanı heç kim təhdid edə bilməz. ABŞ Yaponiya və Koreya Respublikası ilə birlikdə demək olar ki, hər həftə bizə qarşı davamlı olaraq müxtəlif hərbi təlimlər keçirir. Təkcə bu il ABŞ bu ölkələrlə birlikdə 80 dəfədən çox, Koreya isə 60 dəfədən çox hərbi təlimlər keçirib".
"Biz suverenliyimizi və təhlükəsizliyimizi, regionda sülhü qorumaq üçün böyük və güclü hərbi güc toplamağa davam edəcəyik. Əgər Birləşmiş Ştatlar öz əlaltıları ilə millətimizin təhlükəsizliyini təhlükəsizliyini təhdid etməkdə davam edərsə, Amerika müttəfiqləri daha böyük təhlükə altında olacaq", – o əlavə edib.
Kim Yo Conq qeyd edib ki, ABŞ və müttəfiqlərinin bəzi təlimləri "KXDR-ə qarşı nüvə müharibəsi ssenarisi" hazırlamaq məqsədi daşıyır. Onun sözlərinə görə, Koreya Respublikası KXDR-ə qarşı silahdan istifadə etməyə cəsarət etsə, dərhal məğlub olacaq.
Günel Mikayılova,
KONKRET.az

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi