Koronavirus mənbəyi əlinizin altındadır – Mobil telefonları necə dezinfeksiya etməli?
Koronavirus əşya səthləri üzərində də bir müddət yaşayır və davamlıdır.
Bİz əlimizi spirtləyib, maska axtarışında olarkən, hər gün istifadə etdiyimiz sevimli əşyamız çox asanlıqla sanki bir canlı kimi nəinki koronavirusu, hətta müxtəlif qrip ştamlarını də özünə çəkə bilər.
Bu mobil telefon, smartfonlardır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, mütəxəssilər koronavirusun ən çox dəmir, pastik və kağız üzərində çox yaşadığını bildiriblər.
Bunu nəzərə alaraq telefonumuz potensial təhlükə mənbəyidir.
Ona görə hər gün telefonlarınızı dezinfeksiya etməlisiz. Yaxşı olar ki, telefonun arxasına kip yapışan qapaq taxıb, ekranına qoruyucu plyonka çəkib, hər gün onları dezinfeksiya edəsiz, lazım gələrsə çıxarıb atasız.
Telefonu necə dezinfeksiya edəcəyinizi təqdim edirik.
Telefonun səthi və kənarları hər gün axşam tibbi spirt, tibbi spirtli salfetlər (apteklərdə olur), spirt tərkibli istənilən antibakterial məhlul və ya dezinfeksiyaedici (uçucu tərkibli) vasitə ilə yaxşıca təmizlənməlidir.
Prosesi əlcək taxaraq edin.
Gün ərzində telefonu olduğunu yerlərdə müxtəlif səthlərə qoymayın. Ya cibinizdə, ya çantanızda saxlayın.
Milli.Az /news.milli.az

İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib
Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
"Real Madrid"in ulduzu bu komandaya gedir
"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı
Dollar bu gün neçəyə satılır?
Qaradağda məktəb direktorunun maşını yandırıldı
Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb