Koronavirusa yoluxmuş şair xəstəxanadan evə buraxıldı

Koronavirusa yoluxmuş şair xəstəxanadan evə buraxıldı"Dünən COVID-19 testinin cavabı neqativ çıxdı və nəhayət, 20 gündən sonra xəstəxanadan evə buraxıldım".
Azxeber.com Modern.az-a istinadən xəbər verir ki, bunu koronavirusa yoluxmuş tanınmış şair-jurnalist Əvəz Qurbanlının səhhəti barədə danışarkən bildirib.
"Bu müddət ərzində haqqımda xəbər hazırlamış, status və şərh yazmış, paylaşım etmiş, zəng və ya mesaj vasitəsilə vəziyyətimlə maraqlanmış, ümumiyyətlə, hər hansı formada reaksiya verərək mənə mənəvi dəstək olmuş hər kəsə çox-çox təşəkkür edirəm. Bu diqqət və narahatlığınız məni çox sevindirdi, kövrəltdi, çətin anlarımda müsbət ab-havaya köklədi",- deyə Ə.Qurbanlı onunla maraqlananlara təşəkkür edib.
O, sağlamlığına qovuşmasında daha yaxından köməyi dəymiş TƏBİB-in Elmi Şurasının sədri, tibb elmləri doktoru, professor Akif Qurbanova, şair Baba Vəziroğluya, millət vəkili Qənirə Paşayeva ayrıca təşəkkür edib.
"Etiraf edim ki, Zığdakı modul tipli hospitala düşdüyüm ilk dönəmdə ağır günlər keçirdim. CT (komputer tomoqrafiya) cihazı ağciyərimdə 60 faiz buzlaşma diaqnozu qoymuşdu. Amma şükürlər olsun, bir neçə gündən sonra kritik vəziyyət aradan qalxdı. Koronavirusun tüğyan etdiyi vaxtlarda Almaniyada işini yarımçıq buraxaraq Azərbaycana, öz xalqına dəstək olmaq üçün könüllü xidmət etməyə gələn gənc (cəmi 31 yaşı var) peşəkar həkim Üzeyir hacızadənin xüsusi nəzarəti və rəhbərliyi altında səhhətimdə əhəmiyyətli dönüş baş verdi və düzgün kompleks müalicə nəticəsində COVID-19 ilə döyüşdən qalib çıxdım".

Sosial       Tarix: 19 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal

Belə paylaşımların 2000 manat cəriməsi var

Şəxsi həyata aid məlumatların sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşılması son illər daha çox müzakirə olunan mövzulardandır. Bəs qanunvericiliyə görə hansı məlumatlar şəxsi həyatın toxunulmazlığını pozan hesa

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

Azərbaycanda bu valyuta bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın məlumatına görə, iyulun 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0364 manat təşkil edib. Öz növbəsində, Rusiyanı

Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq

Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı ( )  bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmı

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib. xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib. Məlumata görə, Nəriman Həsənzadənin vəziyyəti ağı

Deputat: Məktəblərdə telefonlarla bağlı qadağa vaxtında atılmış addımdır

Xəbər verdiyimiz kimi, məktəbəhazırlıq qrupları və ümumi təhsil müəssisələrində şagirdlərin mobil və elektron cihazlardan istifadəsinə dair yeni qaydalar qüvvəyə minib. Qaydalara əsasən, dərs zamanı telefon, planşet və digə

Çox yalan danışan kişini ifşa edən 6 ifadə

Tez-tez yalan danışan insanı bəzən yalnız sözlərindəki ziddiyyətlərə görə deyil, söhbət zamanı mütəmadi istifadə etdiyi bəzi xarakterik ifadələrə görə də tanımaq mümkün ola bilər. Psixologiya üzrə mütəxəssislər bildirirlə


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun son xəbər idman xeberleri en sonxeber